Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Bakıda yarım milyonluq maşın kimindir? – Video

Bakıda yarım milyonluq maşın kimindir? – Video

Bakı küçələrində şütüyən “Lamborcini Qallardo” markalı avtomobilin kimə məxsus olması bir neçə gündür ki, müzakirə olunur. 

 

Axar.az məlumatına görə, 90 AZ 030 dövlət nömrə nişanlı maşının qiyməti nə az, nə çox – yarım milyon avrodur.

 

Hətta London küçələrində bu avtomobili görənlər heyrət edir, dərhal onun şəkillərini çəkirlər. Paytaxtda bu maşının görünməsi də maraqla qarşılanıb.

 

“Kriminal.az” şəhərin Sabunçu rayonu, Komsomol dairəsində hərəkət edən həmin avtomobilin videosunu çəkib. Amma sözügedən maşının kimə aid olmasını dəqiqləşdirmək mümkün olmayıb.

 

Qeyd edək ki, Bakıda “Lamborcini” markalı maşını sürənlərin sayı barmaqla sayılacaq qədər var. Bir müddət əvvəl “Şərur” MTK sahibi İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov “Lamborcini” markalı maşını ilə gündəmə gəlmişdi.

 

Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olan A.Axundovun 650 min manatlıq maşını geniş müzakirələ yol açmışdı.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın