Cümə axşamı , May 23 2019
Ana səhifə / Gündəm / Bakıda vəzifəli şəxsin gəlinini “lezbiyan” adlandırıb uşaqlarını əlindən aldılar – ŞOK İDDİA

Bakıda vəzifəli şəxsin gəlinini “lezbiyan” adlandırıb uşaqlarını əlindən aldılar – ŞOK İDDİA

Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.

Azinforum.Az bakuws-ə istinadən xəbər verir ki, Rena Gely Vidmer adlı şəxs öz paylaşımında bacısı Geli Rim Abdel Raxmanın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun gəlini olduğunu qeyd edib. Həmin paylaşımı sizə təqdim edirik:

“Əziz dostlar, Şəkildəki mənim bacım Nunadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib.

Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovdur. Əri hər gün içib, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir. O vaxt bacım uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib.

Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin!

Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir.

Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb. 
Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir!

Məsələ ilə bağlı Geli Rim Abdel Raxman ilə əlaqə saxladıq. O bacısının dediklərini təsdiqlədi.

“Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə”. 
Şikayətçi iddia edir ki, keçmiş həyat yoldaşı Ruslan Ocaqov onu dəlixanaya saldıracağı və Azərbaycandan deport edəcəyi ilə hədələyir: 
“Artıq iki ildir həyat yoldaşım tərəfindən şiddət görürəm. Bundan başqa o mənə məxsus olan mənzilləri öz adına keçirdikdən sonra evləri satıb. Sonra o, davamlı alkoqol qəbul etməyə başladı. O mənə uşaqlarımın yanında əl qaldırırdı. Əvvəllər mən uşaqlarıma görə, 
ondan şikayət etmirdim. Amma axrıncı dəfə o məni çox pis döydü. Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə. Uşaqların qışqırıb, qorxmağına baxmayaraq məni döyməyə davam etdi. Evin hər yeri qan olmuşdu. Bu hadisə 1 il əvvəl baş verib. Bundan sonra mən boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə 9 aya yaxın idi ki, davam edirdi. Bu müddət ərzində o nə mənə, nə də uşaqlara heç bir köməklik etməyib və aliment ödəməyib. O məni tez-tez hədələyirdi ki, səni dəlixanaya saldıracam, uşaqları da əlindən alıb deport edəcəm. Biz 11 ildir ailəliyik və mən Rusiya vətəndaşıyam. Ona görə də o mənə deyirdi ki, sən öz adına heç nə saxlaya bilməzsən. Mən düşünürdüm ki, məhkəmə mənim xeyrimə qərar çıxardacaq. Mənim iki vəkilim var idi. Biz lazım olan hər yerə müraciət etmişik. Mənə indi deyirlər ki, səni dəlixanaya salıb Azərbaycandan deport edəcəyik. O tez-tez məni hədələyir. O indi də mənə təhqir edici mesajlar yazır və məni hədələyir”.

Şikayətlə bağlı Geli Rim Abdel Raxmanın keçmiş həyat yoldaşı Ruslan Ocaqov ilə əlaqə saxladıq. Ruslan Ocaqov iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı belə oyun qurub ki, uşaqları İsveçrəyə aparsın:

“Bütün iddiaların hamısı yalandır. Ailə və Uşaq Komitəsi, Yasamal rayon məhkəməsi və bu işə baxan bütün qurumlar uşaqları mənə elə-belə əsassız verməyib ki? O uşaqları İsveçrəyə aparmaq istəyir və deyir ki, Azərbaycan yaşanılası yer deyil. Bacısı İsveçrə vətəndaşıdır. Ona görə bütün bu oyunlar qurulub. Həmin foto 2 ya da, 3 ilin fotosudur. Həmin vaxt o, hamamda yıxılıb. Hazırda uşaqlar da onun yanındadır. Mənim uşaqları anasından ayırmaq fikrim yoxdur. Mənim uşaqlarım Azərbaycan vətəndaşıdır. Uşalarım balacadır və onların ölkədən çıxarılmasını mən istəmirəm və analarından ayırmıram da. O hər cür yalana əl atacaq. Kimdən istəyirsiniz soruşun. Hər şey qanuni yolla öz həllini tapıb. Sadəcə olaraq o, ölkədən getmək üçün buna çalışır. Qoy uşaqların 18 yaşı olsun və onlar özləri qərar versinlər ölkəni tərk etmək istəyirlər ya, yox”?

Qeyd edək ki, Geli Rim Abdel Raxman uşaqların onunla birgə yaşadığını təsdiqləyib.

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədov BAKU.WS saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının konstitusiyasında cinsi orientasiyasına görə valideyinlik hüququndan məhrum etməklə bağlı qanun yoxdur: “İstisna hallar var ki, qadın və ya kişi uşağın tərbiyəsinə mənfi təsir edə biləcək fakt olarsa və açıq şəkildə məhkəmədə dəyərləndirilibsə, o zaman hakim uşaqların gələcəyi üçün fərqli qərar verə bilir. 10 yaşına kimi olan uşaqlar əsasən, anasında qalır. Amma 10 yaşından yuxarı uşaqlarda onların fikri də soruşulur. Heç bir qanunvericilikdə nə lesbiyanlıq, nə də başqa cinsi orientasiyaya görə, valideyinlik hüququ əlindən alınmır. Qeyd etdiyim kimi istisna hallarda , nə vaxt ki, valideyin uşağın gələcək inkişafına və tərbiyyəsinə mənfi təsir edəcək fakt varsa, o zaman belə fərqli qərar çıxarılır”.

Bakıda vəzifəli şəxsin gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldılar - ŞOK İDDİA - foto
Bakıda vəzifəli şəxsin gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldılar - ŞOK İDDİA - foto
Bakıda vəzifəli şəxsin gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldılar - ŞOK İDDİA - foto

Həmçinin oxuyun

Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alıb – 12 450 MANAT

Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə …