Ana səhifə / Gündəm / Bakıda vəhabiləri himayə edən nazir müavini kimdir? – ŞOK İDDİA

Bakıda vəhabiləri himayə edən nazir müavini kimdir? – ŞOK İDDİA

Bakıda fəaliyyət göstərən dönərxanaların 80 faizindən çoxuna islamın radikal qanadı sayılan vəhhabi təriqətindən olan şəxslər nəzarət edir.

BakiPost.az-a bu barədə şok məlumatı elə vəhhabilik təriqətinin üzvlərindən biri olan şəxs verib.

Hazırda Azərbaycanda yaşamayan və az əvvəl Bakıdan Avropa ölkələrindən birinə köçən qaynağımız bildirir ki, Azərbaycan paytaxtındakı dönər biznesinin ən azı 80 faiz vəhhabi təriqətinə üzv olan şəxslərə aiddir. Onun sözlərinə görə, bu məsələ artıq uzun illərdir, belədir.

Mənbəmiz bildirir ki, bunu şəhərin bir neçə dönər satılan iri məkanlarına daxil olmaqla müşahidə eləmək mümkündür: “”28 may” metrostansiyası ətrafındakı iri dönərxanalara baxmaqla bilərsiniz ki, Bakıda bu biznesə bizim uşaqlar nəzarət edir. Bizim qardaşlar artıq 10 ilə yaxındır ki, Azərbaycanda dönər işi ilə məşğul olur və kifayət qədər şəbəkələniblər”.

Həmsöhbətimiz iddia edir ki, bu məsələdə – vəhhabi təriqətinə aid şəxslərin Bakıdakı dönər biznesini nəzarətə götürməsində onlara bir nazir müavini “əxi”ləri (qardaş – red.) dəstək olur: “Qardaşımız nazir müavinidir. İllərdir, bu məsələdə o bizə dəstək olur. Kimsə vergidən-maliyyədən filan gəlib ilişmək istəyəndə o qardaşımız araya girib bizə kömək edir”.

Qaynağımız təxminən 6 il Bakıda, 9-cu mikrarayon ərazisində, hazırda fəaliyyəti dayandırılımış “Altun” restoranının dönərçisi olub, lakin müəyyən səbəblərə görə Azərbaycandan getməli olub. O, Bakını tərk edib Avropa ölkəsinə köçməyinin səbəbini də açıqlayıb: “Biz əvvəllər əti özümüz alır, dönərləri özümüz hazırlayardıq. Sonradan belə bir tapşırıq oldu ki, artıq hazır dönər alınmalıdır. Heç kim dönəri özü hazırlamasın. Bir müddət belə davam eləsəm də, sonradan elə işləmək sərf eləmədi, mən də Bakıdan çıxası oldum. Ancaq indi qardaşlarımız yenə də bu qaydayla işləməyə davam edirlər”.

REDAKSİYADAN: BakiPost.az kiminsə hansısa dini təriqətə inanmasına qarışmaq niyyətində deyil. Lakin bütün dünyada radikallığı ilə ad çıxarmış, İŞİD kimi təhlükəli bir terror təşkilatının ideoloji mənbəyi hesab edilən bir dini sektanın ölkənin yeyinti sənayesində belə güclü şəkildə şəbəkələşməsi də nəzərdən qaçırılası məqam deyil. Ümid edirik ki, ölkənin hüquq-mühafizə orqanları vəhhabi təriqətinə mənsub olan, radikallığa meylli şəxslərlə bağlı mütəmadi əməliyyatlar keçirməklə yanaşı, bu məsələni də nəzarətdə saxlayırlar.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın