Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Bakıda uşaq bağçasında vəhşi heyvan QORXUSU

Bakıda uşaq bağçasında vəhşi heyvan QORXUSU

Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan bir qrup sakin buradakı 263 saylı uşaq bağçasının həyətində vəhşi heyvanların dolaşdığını və buna görə narahatlıq keçirdiklərini bildiriblər. Lent.az-a müraciət edən sakinlər deyiblər ki, Hövsan qəsəbəsində F.Bayramov küçəsində yerləşən Elşən Adıgözəlov adına 263 №li körpələr evi-uşaq bağçasının zirzəmisində tülkülər yaşayır və günün müxtəlif vaxtlarında vəhşi heyvanlara bağçanın ətrafında və həyətində rast gəlmək olar. Bu səbəbdən də sakinlər azyaşlı uşaqları ilə bağlı narahatlıq keçirirlər.

Bağçanın müdiri Rəhilə Şıxəliyeva Lent.az-a açıqlamasında bildirib ki, valideynlərin narahatlığının əsası yoxdur: “Bizim bağçanın həyətində və zirzəmisində elə şey ola bilməz. Zirzəmiyə təmirdən sonra qapılar qoyulub və ora heç bir vəhşi heyvan, heç küçələrdə gəzən itlər daxil ola bilməz. Həm də tülkülərin yaşadığı yerdə insanlara qaşınma keçir. Bizim bağçada isə elə bir şey mümkün deyil. Həmçinin bağçanın mühafizəçisi var və 24 saat təhlükəsizliyə riayət edilir”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın