Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Gündəm / Bakıda qanunları ələ salan işbaz – insanların həyatını təhlükədə qoyur – VİDEO – FOTOLAR

Bakıda qanunları ələ salan işbaz – insanların həyatını təhlükədə qoyur – VİDEO – FOTOLAR

Xətai rayonu, Əhmədli qəsəbəsi, 2290-cı məhəllə K.Kərimov küçəsi, 150 A ünvanında Əhmədov Saday İsax oğlunun xüsusi mülkiyyətində olan torpaq sahəsində qeyri-qanuni olaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq təşkilatlarla razılaşdırılmış layihə sənədləri olmadan tikinti-quraşdırma işləri aparılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Tikinti sahibi vətəndaş Əhmədov Saday İsax oğlu sözügedən ünvanda qanunsuz tikinti aparır və bu tikinti fəaliyyəti aidiyyatlı rəsmi dövlər orqanları tərəfindən qadağan edilsə, də qeyri-qanuni olaraq davam etdirir.

Azinforum.az xəbər verir ki, aparılan tikinti işləri Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən dayandırılıb.

Ancaq buna baxmayaraq, qərarın üzərindən 1 ay keçər-keçməz tikinti işləri vətəndaş tərəfindən yenidən başladılıb.

Nəzərə alsaq ki, sözügedən tikinti dəmir yol xəttinin 8 metrliyindədir və həmin ərazinin kanalizasiya xətti yoxdur, evlərin kanalizasiyasi qarşıdakı dərədən keçən dəmir yolunun yanındakı qurunt suları üçün nəzərdə tutulan arxa tökülür. Vətəndaş da tikinti işi gedən  mənzillərin kanalizasiya xəttini o arxa qoşacaq.

Məsələ ilə bağlı tikintinin icazə almalı olduğu dövlət orqanını mövqeyi bundan ibarətdir:

Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi bildirir ki, Rayon İcra Hakimiyyəti ilə birgə sözügedən ünvana baxış keçirilərək həmin torpaq sahəsində müvafiq icazə sənədləri olmadan aparılan 3 ədəd fərdi yaşayış evinin tikintisi dayandırılıb, görülən işlərin qanunsuz olduğu vətəndaşa izah edilib, müvafiq rəy və razılıq almaq üçün aidiyyatı orqanlara müraciət etməsi tövsiyə olunub.
Narahatlıq doğuran başqa bir məsələ isə fəhlələrlə əmək müqaviləsinin bağlanıb bağlanmamasıdır. Bu çoxmənzilli və çoxmərtəbəli yaşayış evinin tikilməsi üçün hansısa şirkətlə müqavilənin olması da qaranlıqa qalıb. Bəs görəsən,  çoxmərtəbəli yaşayış evinin tikilməsində çalışan fəhlələrin təhlükəsizliyi barəsində nə kimi tədbirlər görülüb?

Qeyd edək ki, sözügedən tikinti fərdi yaşayış evi deyil, satış məqsədi ilə tikilən binadır.

Belə olan halda yaşayış evinin tikilməsi üçün FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəsmi icazəsi olmadan niyə faktiki olaraq hazırda tikinti fəaliyyəri aparılır?

Xatırladaq ki, hər hansı bir qeyri-qanuni tikintiyə başlamaq ilk növbədə cinayət məsuliyyəti daşıyır, digər tərəfdən də həmin yaşayış evlərinin alğı-satqısı gələcəkdə bir çox ailəni müxtəlif problemlərlə üz-üzə qoyacaq. Belə çıxır ki, gələcəkdə həmin evlərin sənədsiz qalması həm orada yaşayanlar, həm də dövlət üçün çoxsaylı problemlər yaradacaq.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də öyrənməyə çalışdıq, amma səylərimiz nəticəsiz qaldı.

Belə ki, Saday Əhmədov qanunlara hörmət etməməklə yanaşı, media mənsubunun informasiya əldə etmək hüququnu da pozaraq, bu haqda heç bir sualı cavablandırmayıb.

Bax beləcə, prezidentin də himayə etdiyi vətəndaş rifahının cəmiyyətin önəmli məsələsi halına gəldiyi bir zamanda, bəzi işbazlar fəaliyyətləri ilə insanlarımızı təhlükə altında qoyur, onların vəziyyətlərindən sui-istifadə edərək, gələcəkdə həyatları üçün təhlükə yaradırlar.

Məsələni gündəmdə saxlayırıq:

 

1
1
1
1
1

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın