Şənbə , Avqust 24 2019
Ana səhifə / Gündəm / Bakıda məmurlarla deputatların çimdiyi məşhur hamamda Züqanov da müştəri olub – REPORTAJ

Bakıda məmurlarla deputatların çimdiyi məşhur hamamda Züqanov da müştəri olub – REPORTAJ

Qışın soyuğunda harada qızınmaq olar ?
-Hamamda!
Adam harada pak ola bilər ?
-Hamamda!

Bu sözlər hələ yarım əsr bundan öncə – “O olmasın, bu olsun” filmi çəkilən zaman Bakıdakı İçərişəhərdə yerləşən və el arasında “Məşədi İbad hamamı” adı ilə tanınan “Ağa Mikayıl hamamı”nda deyilib.

Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, dirilik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Tarixən insanların daim icra etdiyi rituallar-çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevirilib. Hamam həm də bir mədəniyyətdir. Bu mədəniyyətinin tarixi isə çox-çox qədimlərdən başlayır.

Müxtəlif xalqların folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, şeirlərin olması təsadüfi sayılmamalıdır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və konkret məlumat yoxdur. Ayrı-ayrı mənbəələrdə hamamın yaradılması müxtəlif xalqların adı ilə bağlanılır. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur.

Yaşı 300-dən çox olan “Ağa Mikayıl hamamı” ХVIII əsrdə Şаmахı sаkini Hacı Аğа Mikаyıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfindəki əsas küçələrdən biri olan Kiçik Qalada tikilib. Onun yerləşdiyi ərazi sakinlər arasında hamamçılar məhəlləsi adlanır. Hаmаmın girişidə Kiçik Qala küçəsindədir.

“Ağa Mikayıl hamamı” o hamamlardandır ki, işlədiyi gündən bəri fəhlə də, alim də, varlı da, kasıb da həmişə bura gəlib, çimib və paklaşıb.

Bu gün “Ağa Mikayıl hamamı” özünün üç əsrdən çox yaşına görə qədimliyi ilə öz xüsusiyyətlərini qoruyub saxlaya bilən və Bakıya gələn əcnəbi qonaqların yaddaşında iz buraxan tarixi məkan hesab olunur.

Modern.az saytının əməkdaşı İçərişəhərdəki “Ağa Mikayıl hamamı”nda olub, burada göstərilən xidmət və onların qiymətlərilə maraqlanıb.

Orxan Qasımov 14 ildir bu hamamda xəzinədar işləyir. Hamam haqqında ümumi məlumatı da biə elə o, verdi. Dedi ki, bu qədim tarixi memarlıq abidəsi əsaslı şəkildə yenidən təmir olunub:

“2010-cu ildə təmirə bağlanan “Ağa Mikayıl hamamı” 2012-ci ildə təmirdən sonra yenidən fəaliyyətini davam etdirir. Əsaslı şəkildə restavrasiya olunan bu tarixi memarlıq abidəsinin içi, çölü, fasadı, hər bir yeri yenidən təmir olunub. Təbii ki, təmir zamanı bütün köhnə memarlıq atributları qorunub saxlanıldı. Təmirdən öncə 1 nəfər üçün hamampulu 4 manat idi. Ancaq təmirdən sonra 10 manat müəyyən olunub”

Həmsöhbətimiz deyir ki, bu günlərdə “Ağa Mikayıl hamanı”na çimməyə gələnlərin sayında azalma olmayıb:

“İndi hamamların mövsümüdür. Son 4 ay ərzində hamamdan istifadə edənlərin sayı kifayət qədərdir. Ötən ilin 1-ci devalvasiyası bizim işimizə heç bir təsir etmədi. 2-ci devalvasiya da qış ayına təsadüf etdi. Hələ ki onun da təsiri yoxdur. İnanmıram ki, manatın ucuzlaşmasının bizim işə təsiri olsun. Çünki bizdə istifadə olunan qaz, işıq və suyun haqqı manatla ödənilir. Ona görə də biz də qiymətləri qaldırmağı düşünmürük. Biz İçərişəhər sakinləri üçün hamamdan istifadə haqqını əvvəlki kimi, yəni 4 manatdan hesablayırıq”.

Orxan Qasımovun sözlərinə görə, hamamda iki “parnoy” var. Bunlardan biri “fin saunası”dır. Orada 120 dərəcəyə qədər istilik olur. İçərisi taxtadan tikilib.
O birisi isə türk saunasıdır. Burada isə duşlu buxar verilir.

“Hamamda çimmək üçün vaxt məhdudiyyəti yoxdur. Elə mütərilərimiz var ki, səhər saat 10-da gəlir axşam saat 7-də sudan çıxır. Palıd və evkalipt ağaclarından süpürgələrimiz də var. Bu süpürgələr masaj zamanı müştərilər üçün istifadə edilir”.

Müsahibimizin sözləri görə, “Ağa Mikayıl hamanı”nın daimi müştərilərimi arasında vəzifəli şəxslər, alimlər, həkimlər, müəllimlər, digər sahələrdən olan tanınmış simalar, əcnəbilər var.
Hətta Rusiya Komunist Patiyasının lideri Gennadi Züqanov Bakıya qonaq gələndə bu hamamda çimib.

“Ağa Mikayıl hamamı”nın xəzinədarı Orxan Qasımov 14 illik müşahidləri nəticəsində müəyyən edib ki, Avropa xalaqları içərisində çimməyi ən çox sevən almanlardır:

“Müştərilərimizin içində deputatlar, icra başçıları, alimlər, xarici qonaqlar, səfirlik işçiləri də az deyil. İstifadəçilərimizin 30-40 faizi əcnəbi qonaqlar olur. Əcnəbi müştərilərimizdə bu hamam tarixi abidə düşüncəsiylə yanaşı, başqa bir maraq da yaradır. Onlar “hamam” deyərkən öz məişətlərində sadəcə duş qəbul etməyi başa düşürlər. Amma gəlib bizim hamamda ayrı-ayrı xidmət növlərini görmək onlara maraqlı gəlir. Əcnəbi müştərilərimiz daha çox İtaliya, Almaniya, Avstriyadan olur”.

Müsahibimizin sözlərinə görə, “Euovision” mahnı müsabiqəsi zamanı -2012-ci ildə Almaniyadan olan bir əcnəbi “Ağa Mikayıl hamamı”na gəlib. Hamamda çimmək onun çox xoşuna gəlib, xüsusilə də kisələnmək. Və dostlarını da bura çağırıb:

“Əvvəlzə özü gəldi. Ertəsi gün isə gördüm ki, həmin alman özü ilə 5-6 dostunu da hamama gətirdi. Sonrakı günlər də gəldilər. Kisəçi də mənə dedi ki, “bunları başa sal ki, hər gün kisələnmək olmaz. Heç olmasa həftədə 1-2 dəfə kisələnmək məsləhətdir”.
Bura gələn turistlərin arasında çimməyi ən çox sevənlər almanlardır. Bir dəfə bir almana sual verdim ki, siz belə çimməyi türklərdən öyrənmisiniz ? Həmin alman da gülə-gülə baxdı və başa düşdüm ki, bu razılaşmaq əlamətidir.
Buradan gedən alman və digər millətdən olan turistlər adətən kisə və kisəyə sürtmək üçün ağ toz alıb aparırlar.
Avropa Oyunları zamanı hamamımıza çimməyə ən çox yunanlar gəlirdi. Gedəndə də bizimlə çox mehriban və səmimi görüşdülər. Hətta bizə hədiyyələr də bağışladılar. Əksəriyyəti məni öz ölkəsinə dəvət edirdi.
Rusiya Komunist Patiyasının lideri Gennadiy Züqanov da bu hamamın müştərisi olub, burada çimib”.

Orxan deyir ki, “Ağa Mikayıl hamamı”na 2-ci günlər adətən biznesmenlər, iş adamları, 3-cü və 4-cü günlər İçərişəhər sakinləri, 6-cı günlər isə daha çox müəllimlər və alimlər gəlirlər.
1-ci və 5-ci günlər isə hamam ancaq xanımların istifadəsinə verilir.

Xəzinədar Orxan Qasımovun sözlərinə görə, adi ev hamamlrı ilə bu cür hamamların böyük fərqi var.

“Belə hamamda çimməyin əsas üstünlüyü ondadır ki, insan bədənində olansoyuqdəymə, artıq yağ toksinləri bu cür istilik olan yerdə çıxır. Yəni buxarın altında kisələnmək, süpürgə ilə masaj, isti saunada qalmaq, daha sonra isə soyuq hovuza girib-çıxmaq həmin yağları bədəndən çıxarır.
Hamamda çimənlərə bürünmək üçün fitə pulsuz verilir. Dəsmal, başmaq və sabun isə hərəsi ayrılıqda 1 manatdır. Çimmək haqqından əlavə olaraq masaj və kisələnmək üçün də ayrılıqda 10 manat tələb olunur. Bizim hamama gələnlərin yalnız 10 faizi təsadüfi müştərilər, 90 faiz daimi müştərilərdir.
Hamamın qadınlar günündə müştərilərə bizim qadın işçilər xidmət göstərir”.

Müsahibimiz “Ağa Mikayıl hamamı”nın tarixinəı də ekskurs etdi:

“Hələ ХVIII əsrdə Bakıda su qıtlığı olduğuna görə, İçərişəhərdə hamamlar yalnız bir istiqamətdə tikiblər. Yəni hamamlar yeraltı suların axını istiqamətində, artezian quyularının olduğu yerlərdə inşa olunub. Su mənbəyi kimi də həmin yeraltı artezian və axan sulardan istifadə edilib. ХVIII əsrdə bu hamam tikiləndə hamamın aşağı qatında isti döşəmə olub. Mən əvəllər bunu yalnız yaşlı insanlardan eşitmişdim, özüm görməmişdim. Təmir işləri zamanı isə bu istilik sistemini gözlərimlə gördüm. Döşəmə söküləndə gördüm ki, yerin altında 1 metrə yaxın hissə daşdan hörülüb, üstü isə daş plitələrlə bağlanıb. Onun da üstündə qara mazut qatı var idi. Anladım ki, o vaxtlar hamamı altdan odun və mazutla qızdırırmışlar”.

Qeyd etdiyimiz kimi, “Ağa Mikayıl hamamı”da məşhur “O olmasın, bu olsun” filminin çəkilişi də həyata keçirilib.

8 ildir ki, “Ağa Mikayıl hamamı”nda cümadar işləyən Mübariz Qasımov deyir ki, çoxları hamamla saunanı qrışdırırlar, bəziləri isə bu məkanlar haqqında heç də yaxşı fikir bildirmirlər:

“2008-ci ildən burada işləyirəm. Mən burada müxtəlif cür insanlarla qarşılaşıram. “Hamam” adı gələndə bəzi insanlar pis yerə yozurlar. Təəssüf ki, son illər “sauna” anlayışı insanların beyninə əxlaqsız məkan kimi həkk olunub. Bu da bəzi natəmiz şəxslərin “fəaliyyəti” nəticəsində baş verib”.

Müsahibimiz deyir ki, hamamda yemək verilməsi düzgün deyil: “Çünki çimməzdən qabaq və sonra yemək yemək düzgün deyil. Bu, həzm orqanlarına zəzərlidir. Çiməndən sonra pürrəngi çay içilsə, daha yaxşı olar. Amma bu gün dədə-babadan qalma hamamların adını batıram saunalarda həm yemək verilir, həm işki, həm də digər “xidmətlər” göstərilir. Ona görə də hamamlara münasibət birmənalı deyil. Biz belə düşüncə tərzini dəyişməliyik.
Avstriyadan Stepan adlı bir müştərimiz var, buranı çox sevir. Əcnəbilər çimməkdən əlavə, kisələnməyə və masaja şox üstünlük verirlər. Həm də bizim insanlar daha çox istəyir ki, onları qadın masaj eləsin. Amma ki, əcnəbilər bu məsələyə tam fərqli yanaşırlar. Onlar masajı kişinin etməsini üstün bilirlər”.

“Hamam” sözünün mənası “isitmək”, “isti etmək” anlamını verir. Hələ antik dövrlərdə yaşamış insanlara məlum olub ki, isti suda yaxalanmaq yorğunluğu çıxartmaqla yanaşı, bir çox xəstəliklərin qarşısını alır, əhval-ruhiyyəni qaldırır.
Sonda hamamlara biganə qalmayanlara “həmişə təmizlikdə” deyirik…

Həmçinin oxuyun

“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”

“Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli …

Bir cavab yazın