Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Gündəm / Bakıda külək dayanacağı dağıtdı – FOTOLAR

Bakıda külək dayanacağı dağıtdı – FOTOLAR

Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.

Azinforum.az-ın məlumatına görə, paytaxtın bəzi hissəsələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkdiyimiz görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.


Həmçinin oxuyun

Prezident eks-naziri rektor təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz Akademiyasına yeni rektor təyin edib. “Qafqazinfo” xəbər verir ki, …