Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / Bakıda ilk açılan McDonalds bağlanır?

Bakıda ilk açılan McDonalds bağlanır?

Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsinin nümayəndəliyi bağlanıb.

“ Azinforum.az ” Musavat.com-a istinadən bildirir ki, bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər. İşçilərdən birinin sözlərinə görə dünən axşam saatlarından məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb:

“Bununla bağlı rəhbərlik hələ ki, bizə izahat verməyib. Dünən gecə təxminən 4 saatlarında restoranın işıqları məlum olmayan səbəbdən söndürülüb. Lakin bizə bildirilib ki, bu gün axşam 10 radələrində restoran yenidən fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə McDonalds restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb.

 

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın