Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Bakıda fəhlənin ölümünü araşdırmaq üçün komissiya yaradılacaq

Bakıda fəhlənin ölümünü araşdırmaq üçün komissiya yaradılacaq

“Bakı inşaat” MMC-nin əməkdaşı, 31 yaşlı Emil Oruc oğlu Hacıyevin ölüm səbəbini araşdırmaq üçün komissiya yaradılacaq.

Dövlət Əmək Müfəttişliyinin Əməyin mühafizə məsələlərinə nəzarət və istehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri Azər İsmayılov virtualaz.org saytına bildirib ki, müfəttişliyin mütəxəssisləri hələ də hadisə yerindədirlər.

“Nazirlər Kabinetinin 27 saylı qərarı ilə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün komissiya yaradılır, komissiya 20 gün müddətində araşdırma apararaq yekun nəticə əldə edir. Bu hadisə də hərtərəfli araşdırılacaq”,-A.İsmayılov qeyd edib.

İlkin nəticəyə görə, fəhlə hündürlükdən yıxılaraq dünyasını dəyişib. Onun təhlükəsizlik kəmərindən istifadə edib-etmədiyi də araşdırılacaq. Sektor müdiri deyib ki, fəhlələrin küləkli havada işlədilməsi ilə bağlı ortaya çıxan bütün suallara cavab axtarılacaq.

“Əmək Məcəlləsinin 2 saylı əlavəsi var. Orada göstərilir ki, küləyin gücü 6 baldan yuxarı olduğu halda iş dayandırılmalıdır. Araşdırma zamanı bu məsələyə də diqqət yetiriləcək”,- deyə İsmayılov əlavə edib.

Sektor müdiri bu ilin 3 ayında istehsalatda 31 bədbəxt hadisənin qeydə alındığını, 6 hadisənin tikinti sektorunda baş verdiyini də vurğulayıb.

*   *   *11:01

Aprelin 25-də səhər saatlarında Nəsimi rayonu, Nizami küçəsində bədbəxt hadisə baş verib. Binaların üzlənməsi ilə məşğul olan 31 yaşlı fəhlə Emil Oruc oğlu Hacıyev hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, Emil Hacıyev “Bakıinşaat” şirkətinin əməkdaşı olub. Şirkət Nizami, 28 May küçələrindəki binaların təmiri ilə məşğul olur. E.Hacıyev məcburi köçkün kimi Yeni Yasamalda məskunlaşıb.

“Fəhlələr küləkli hava şəraitində belə işləyirlər. Çox zaman qoruyucu kəmərlərdən istifadə edilmir, bir neçə dəfə qəza şəraiti yaranıb”,-hadisənin şahidi olan mağaza satıcısı bildirib.

Şahidlərin sözlərinə görə, mərhum yıxılarkən qışqıraraq ətrafdakıları köməyə çağırıb. Lakin ona yardım etmək mümkün olmayıb. Hazırda Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, yol kənarlarındakı binalarda balkonlar təmir edilir. Lakin təmir gedən ərazilərdə təhlükəsizlik tədbirləri görülməyib. Xüsusilə küləkli havalarda daş, dəmir parçaları ətrafa yayılır.

Səhiyyə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, təcili tibbi yardım hadisə yerinə çatanadək E.Hacıyev dünyasını dəyişib.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın