Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Bakıda 5 min manata “Hyundai Sonata” satılır

Bakıda 5 min manata “Hyundai Sonata” satılır

“Hərraca 12 ədəd avtomobil çıxarıldı”.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 9-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Bu barədə Oxu.Az-a ƏMDK-dan məlumat verilib.

Komitənin məlumatına görə, hərraca 12 ədəd avtomobil çıxarılacaq.

Belə ki, hərracda iki ədəd “UAZ-3160-010”, 3 ədəd “QAZ-3110-101”, “Hyundai Accent”, “Fiat Tempra”, “Daewoo Prince”, “Hyundai Sonata”, “Hyundai H-100”, “VAZ-21074”, “QAZ-3102” avtomobilləri yer alacaq.

2006-cı il istehsalı olan “UAZ-3160-010”un start qiyməti 3520 manat olmaqla, 2003-cü il istehsalı olan “QAZ-3110-101”in başlanğıc qiyməti 1500 manat olmaqla hərraca çıxarılacaq.

Bundan başqa, 1998-ci il istehsalı olan “Fiat Tempra”, “Hyundai Accent” 1300 manatdan başlayan qiymətlə satılacaq.

1995-ci il istehsalı olan “Daewoo Prince” 1500 manatdan başlayan qiymətlə, 2005-ci il istehsalı olan “Hyundai Sonata” başlanğıc qiyməti 5325 manat, 1997-ci il istehsalı olan “Hyundai H-100” 2094 manatdan başlayan qiymətlə hərracda yer alacaq.

Start qiyməti 2522 manat olan “VAZ-21074” (2008-ci il istehsalı), 2000-ci il istehsalı olan “QAZ-3102” başlanğıc qiyməti 1020 manat olmaqla satışa çıxarılacaq.

Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a).

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankdaAZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın