Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Gündəm / Bakı Sosial Pedaqoji Kollecində dərəbəylik

Bakı Sosial Pedaqoji Kollecində dərəbəylik

Bakıda birləşdirilən kolleclərin müəllimləri hələ də işsizdirlər

Politika.Az-a verilən məlumata görə, Bakı Sosial Pedaqoji Kollecində çalışan müəllimlər işlə təmin olunmayıblar.

Məlum olduğu kimi, kollec Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib.

BSP kollecinin müəllimlərinə işdən çıxmaları barədə ərizə yazdırılıb. Onlara bildirilib ki, struktur birləşməsindən sonra işə bərpa olunacaqlar.

Lakin verilən vədə əməl olunmayıb. Əksinə, bəziləri işə qaytarılıb. Qalanlarından isə imtahan götürmək istəyiblər. Ancaq müəllimlə imtina ediblər.

Çünki bunu qanunsuz sayırlar. Kollec müəllimləri bildiriblər ki, kolleclər birləşdirilirsə işə bərpa olunmalıdırlar və imtahan keçirilməsi qanuna ziddir. Ancaq neçə aydır ki müəllimlər işsizdir. Bu barədə Təhsil Nazirliyinə müraciət ünvanlanıb.

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın