Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakı küçələrində sərbəst gəzən “erməni” kimdi? – Video

Bakı küçələrində sərbəst gəzən “erməni” kimdi? – Video

Bakıda özünü erməni kimi qələmə verən şəxsin videosu yayılıb.

“ Azinforum.az ” ans press-ə istinadən xəbər verir ki, həmin gənc özünü erməni kimi təqdim edərək paytaxt əhalisindən ünvan soruşmağa başlayıb.

Yayılan bu video hər kəsin marağına səbəb olub və vətəndaşlar arasında müzakirə mövzusuna çevrilib.

Sual doğuran ilk məsələ hər hansı bir Ermənistan vətəndaşının ölkəmizə asanlıqla girib- çıxa bilməsidir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyir ki, heç bir Ermənistan vətəndaşı Azərbaycan Respublikasının ərazisinə turist qismində yaxud başqa formada girə bilməz.

Millət vəkilinin sözlərinə görə belə bir videonun hazırlanmasına səbəb yəqinki bir neçə gün əvvəl Ermənistan Millətdaxili Azadlıq Hərəkatının lideri Vahan Martirosyanın Azərbaycanasığınmasından sonra ölkəmizdə ermənilərə olan reaksiyanı yoxlamaqdan irəli gəlir.

“Ermənilər bizim çox sayda insanımızı öldürüb. Ölkəmiz də haqlı olaraq Ermənistana düşmən priszmasından baxır. Ancaq unutmaq lazım deyil ki, Azərbaycanda 30 min erməni yaşayır.

Paytaxtda həmin gəncin asanlıqla erməni olduğunu deməsindən sonra ona olunan reaksiya əslində əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırılmasından ibarət olmalı idi. Həmin əməkdaşlar özünü erməni kimi təqdim edən gənci şöbəyə aparıb onun məqsədini öyrənməli idi”,-deyə deputat bildirib.

Zahid Oruc həmçinin Ermənistan vətəndaşlarının ölkəmizə girməsi üçün qanunda qadağa olmadığını, ancaq bu sahədə “İşğal olunmuş torpaqlar haqqında qanun lahiyəsi”nin qəbul edilməsinə ehtiyac olduğunu bildirib.

“Ümumiyyətlə qanun lahiyəmizdə Ermənistanla bağlı çatışmazlıqlar var. Belə ki, əvvəllər Azərbaycanda ticari dövriyəyə erməni məhsulları girirdi. Araşdırmalar zamanı müəyyən edildi ki, bunu bəzi işbazlar edib. Lakin qanun lahiyəsi olmadığı üçün həmin işbazlara müddəa irəli sürə bilmirik. Erməsitanla Azərbaycan arasındakı real vəziyyətlərini əhatə edən qanun qəbul etməliyik”,-deyə Z. Oruc əlavə etdi.

Polisə dəstək ictimai birliyinin sədri Şəmsəddin Əliyev isə deyir ki, videodakı şəxsin dəqiq erməni olub olmadığını araşdırmaq lazımdır. Burada vətəndaşlarımızın həmin şəxsə verdiyi reaksiyalar çox yaxşıdır. Çünki həmin lent yazısında normal reaksiya göstərənlər bizim humanizm duyğularımızı, aqressiv reaksiya verənlər isə millətimizin ermənilər tərəfindən qətliama məruz qaldığı üçün onlara qarşı mənfi duyğularımızın olduğunu göstərir.

“Azərbaycana araşdırma yaxud başqa niyyətlə gəlmək istəyən şəxslərin ölkəmizə girişi qətiyyən mümkün deyil. Lakin ölkəmizə girmək üçün bütün hüququ sənədləri və vizası olan hər kəs hətta ermənilər belə gələ bilər. Ancaq bu da reallıqdır ki, ölkəmizə bu günə qədər gələn bütün erməni vətəndaşlarının hər bir addımı tamamən izlənilir. Ölkəmizdə hansısa bir təbliğatın aparılması mümkün deyil”,-deyə Ş. Əliyev bildirib.

 

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın