Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Gündəm / Bakı çimərliklərindən qum daşınır

Bakı çimərliklərindən qum daşınır

“Çimərliklərdən qumun qeyri-qanuni aparılması ilə bağlı faktlar var və biz buna qarşı mübarizə aparırıq”.

Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, qeyri-qanuni qum daşınması faktı təkcə çimərliklərdə yox, bağ ərazilərində də aşkarlanır: “Təsəvvür edin, kimsə gəlir ki, bağdan qumu daşıyıb aparıblar. Yaxud kimsə öz bağından qumu satır. Halbuki, bağın üstü ona məxsusdur, yerin təki yox. İlk növbədə hər şeyə sahibi cavabdehdir. Bələdiyyə torpağında belə faktlar varsa, onlar zəhmət çəkib insanların adından ərazinin qayğısına qalmalıdırlar”.

Nazir əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının bu ilin ötən dövrü ərzində apardığı nəzarət tədbirləri zamanı çimərlik zonalarından və digər ərazilərdən qanunsuz qum daşınması ilə bağlı 58 fakt aşkar edilib, həmin faktlarla bağlı 51 şəxsə 53400 manat inzibati qaydada cərimə və təbiətə vurduqları 22100 manat ziyan tətbiq edilib. Tədbir görülməsi üçün 7 qanun pozuntusu faktı üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. (APA)

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın