Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bahalaşmadan sonra Həmkarlar İttifaqına müraciət edənlər kimlərdir?

Bahalaşmadan sonra Həmkarlar İttifaqına müraciət edənlər kimlərdir?

Kommunal xidmətlərin qiymətlərinin bahalaşması ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) müraciət edənlərin sayında artım var. Bunu Modern.az-a qurumun ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Nazim Ağamirov deyib.

Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların, həmkarlar ittifaqı üzvlərinin Konfederasiyaya müraciət etməsi gündəlik olan haldır:

“Bu, müraciətlər iqtisadi vəziyyətin necəliyindən asılı olmayaraq həmişə olur. Həmin insanlar Konfederasiyanın qəbul şöbəsinə yazılı və şifahi surətdə müraciət edir. Müraciət qeydə alınaraq nəzarətə götürülür.
Konfederasiyanın təşkilat şöbəsi vasitəsilə aidiyyatı qurumlara yaxud birbaşa sədrə göndərilir.

Xarakter etibarilə, müraciətlər indiki gündə, indiki saatda daha çox kommunal xərclərin artırılması ilə bağlıdır. Bundan əlavə insanlar gündəlik həyatlarında rastlaşdıqları problemlərlə bağlı yenə də Konfederasiyaya müraciət edirlər və müvafiq olaraq aidiyyatı qurumlara çatdırılır”.
N.Ağamirov bildirib ki, bunların arasında müəssisə, obyekt sahibləri üstünlük təşkil edir:

“Müraciət edənlər müxtəlif sahələrdən olan insanlardır. Kimisi işlətdiyi sexlə, kimisi obyektilə, kimisi istixanası ilə bağlı yaranan problemlərdən dolayı kömək istəyir”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın