Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Gündəm / Bahalaşma sırası “Aİ-92” və dizeldə?

Bahalaşma sırası “Aİ-92” və dizeldə?

Bu gün səhərdən etibarən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Qiymət artımı bu benzin növününü xaricdən gətirilməsi iulə izah edilir. Artıq bu gündən bütün yanacaqdoldurma məntəqələrində qiymət cədvəli də dəyişib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin Sputnik Azərbaycan-a şərhinə görə, bu qiymət artımı ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərməyəcək: “Azərbaycanda “Aİ-95” (“Premium”) və “Aİ-98” (“Super”) markalı benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki, logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda “Aİ-95” və “Aİ-98″ markalı benzinlərdən istifadə edilmir”.

Benzin qiymətləri
© SPUTNİK / IRADE CELIL
Benzin qiymətləri

O deyib ki, neft dünya bazarında yenidən 50 dollara düşəndən sonra, “Aİ-95” bizdə ucuzlaşmalıdır: “Məntiqlə “Aİ-95” markalı benzində qiymət artımı digər sahələrdə (nəqliyyat, ticarət, aqrar sahə) qiymət artımına səbəb olmamalıdır, amma bizdə olacaq. “Aİ-95″ markalı benzini ölkəyə kim istəsə, gətirə, hansı qiymətə istəsə, sata bilər”.

“Lakin bizdə bu, təktərəfli işləyir — ancaq SOCAR gətirir, amma istədiyi qiymətə satır. SOCAR-ın borcu artıqca benzin və dizelin, dövlətin borcu artıqca kommunal xidmətlərin qiyməti atacaq” — mütəxəssis bildirib.

Cəfərli əlavə edib ki, “Aİ-92” markalı benzinin, sonra isə dizelin qiymətində də dəyişiklik olarsa, o zaman bu hadisə ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər.

Öz növbəsində iqtisadçı-ekspert Samir Əliyevin fikrincə isə, “Premium” benzinin bahalaşması o deməkdir ki, “Aİ-92″nin də bahalaşması gözlənilir.

Daha bir iqtisadçı-ekspert İlham Şaban da dizelin qiymətinin artacağını düşünür.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …