Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Bəylər Əyyubovun adından istifadə edib çətinliklərə “sinə gərən” DEPUTAT – həbsdən necə qurtuldu…

Bəylər Əyyubovun adından istifadə edib çətinliklərə “sinə gərən” DEPUTAT – həbsdən necə qurtuldu…

Deputat Bəylər Əyyubovla yaxınlığından istifadə edərək “Azəryolservis”i ələ keçirmək istəyir”Aqrartikinti” ASC-nin rəhbəri, deputat Ağalar
Vəliyev “Azəryolservis”-ə sədr təyin olunmaq üçün səylərini artırıb. Bu barədə redaksiyamıza daxil olanda məlumatda deyilir ki, Ağalar Vəliyev yeni vəzifə təyinatında prezidentin şəxsi mühafizə xidmətinin rəhbrəi, general-polkovnik Bəylər Əyyubovun hakimiyyətdəki nüfüzundan yararlanmağa çalışır. Məlumat üçün deyək ki, deputat generala yaxın şəxs kimi tanınır. Bəzi məlumatlara görə, Cavid Qurbanov “Azəryolservis”in sədri vəzifəsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə transfer ediləndən sonra Ağalar Vəliyev onun yerinə təyinat almaq üçün cəhd göstərib. Lakin cəhdləri boşa çıxıb. Nəqliyyat naziri Ziya Məmmədov onu oyundankənar vəziyyətə salmağı bacarıb. Azadlıq prospektində yanan binanın təmiri Ağalar Vəliyevə tapşırılandan sonra isə deputat yenidən iddiasını ortaya qoyub. Artıq onun yaxın ətrafına özünü “Azəryolservis”in rəhbəri kimi təqdim etdiyi bildirilir. Məlumata görə, Ağalar Vəliyev yanan binanın təmirindən sonra sözügedən qurumun rəhbəri təyin olunacağına əmindir. Məlumatda deyilir ki, Ağalar Vəliyevin sonrakı planı “Azəryolservis”in Nəqliyyat Nazirliyinin tərkibindən çıxararaq müstəqil quruma çevirməkdir. Vaxtilə Cavid Qurbanov da belə bir cəhd etsə də, Ziya Məmmədova qalib gələ bilməyib.
Lakin Ağalar Vəliyevin bu planlarına əngəl olan məsələlər də var. Məsələn, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, yanan binada işləyən fəhlələrə vəd edilən pul verilmir. Bu məsələnin ictimailəşməsi deputat üçün zərbə sayıla bilər. Nəzərə alsaq ki, yanan bina ilə bağlı məsələlər prezindet İlham Əliyevin diqqətindədir, o zaman hər hansı “ÇP” ümumiyyətlə Ağalar Vəliyevin karyerasının bitməsilə nəticələnə bilər.
Ağalar Vəliyevin biznes imperiyası və Novxanıdakı dəbdəbəli villaları ilə bağlı da dia.az-a ilginc məlumatlar daxil olub. Hələlik bəzi dəqiqləşdirimələr apardığımızdan oxuculara təqdim etmirik.

Yaxın vaxtlarda  oxuyun:

– Ağalar Vəliyev həbsdən necə qurtuldu?
– Deputatın şok tikinti maxinasiyalarından kimə nə qədər pay çatır?
– Ağalar Vəliyev bir müddət əvvəl nədən mətbuata yalvarmaq zorunda qaldı?

Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq… (dia.az)

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın