Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Gündəm / “Azimport” yarım milyonluq təzminatı ödəməkdən boyun qaçırır? – ARAŞDIRMA

“Azimport” yarım milyonluq təzminatı ödəməkdən boyun qaçırır? – ARAŞDIRMA

İyulun 1-də Legion.az saytında ““Azimport” Buzovnada binaların üzlənməsi üçün tender udmayıb” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda “Azimport”un Buzovnada tendersiz apardığı üzləmə işlərindən danışılmış,
20150512-171852linkBuzovna bələdiyyə sədri və şirkətin nümayəndəsi Xanlar Məmmədovdan da açıqlama alınıb oxuculara təqdim olunmuşdu.
Yazının dərcindən sonra “Azimport”dan saytımıza məktub daxil oldu və həmin məktubda Qafqaz Xəbər Agentliyi və onun nəzdindəki Legion.az və Qafqaznews.az saytları reketlikdə ittiham olunmuşdu.
Əlbəttə ki, bu yazıya iyulun 6-da sayt adından cavab verildi və “Azimport” tərəfindən ünvanımıza səsləndirilən ittihama görə sübut tələb olundu.
İyulun 7-də saytın direktoru Araz Məmmədov öz köşə yazısında xatırlatmışdı ki, bu ilin fevral ayında Qafqaznews.az saytında tanınmış hüquqşünas Ramiz Zeynalovun Rəşad Məmmədov və Azər Əsgərov haqqında açıqlamasını dərc etmişdik. Bu yazı mətbuatda və sosial şəbəkələrdə geniş yayılmış, hətta öyrəndiyimizə görə, bundan sonra Azər Əsgərov Ramiz Zeynalovu məhkəməyə vermişdi.
Bizi birbaşa məhkəməyə verə bilməzdilər, çünki həmin məqalə yazılan zaman peşəkarlığa diqqət yetirilmiş, yalnız müsahibin fikirləri işıqlandırılmışdı. Belə olduğu halda, “Azimport”un bizim agentliyə niyə bu qədər qəzəbli olduğunu anlamaq çətin deyil.
13624701_260035031036564_345677181_n - копия (2) İyulun 8-də sayt olaraq, Ramiz Zeynalovla əlaqə saxladıq. O bildirdi ki, həqiqətən də, Azər Əsgərov saytda çıxan məqalədən sonra onu böhtan ittihamı ilə məhkəməyə verib.
“Əvvəl Xətai, sonra isə Xəzər rayon məhkəmələri onun iddiasını rədd etdilər. İyunun 30-da Xəzər RM-nin hakimi Samir Mayılov qərar çıxardı ki, bu məqalədə cinayət tərkibi yoxdur”, – deyə R.Zeynalov vurğuladı.
O, həmçinin qeyd etdi ki, Bakı Apellyasiya Məhkəməsinin bu il mayın 3-də çıxardığı qərara görə, “Azimport” şirkəti onun Zağulbada olan qanuni mülkiyyətini dağıtdığına görə, 481 min 500 manat kompensasiya ödəməlidir.
скачанные файлы (1)“Bu proses 5 ildir gedirdi. 2011-ci ilin iyunun 15-də “Azimport” mənim qanuni sənədləri olan obyektimi dağıtdı, dövlət tərəfindən verilən kompensasiyanı mənimsədi, ondan sonra 2011-ci il dekabr ayında mən məhkəməyə müraciət elədim. Çox güman ki, “Azimport”un əsl sahibi Əli Əsədov mənə əngəl törətmək üçün əlindən gələni etmişdi. Xəzər Rayon Məhkəməsi onların xeyrinə qərar çıxarsa da, Bakı Apellyasiya Məhkəməsi mənim lehimə qərar çıxardı. Sonra onlar kassasiya şikayəti verdilər, Ali Məhkəmədə məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsindən göndərilən qovluqlardan ekspertiza rəyi çıxarılıb. Daha sonra mən Ali Məhkəmə sədrinə müraciət etdim, işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxıldı. Mayın 3-də mənə 481 min 500 manat kompensasiya ödənilməsi barədə qərar çıxarıldı, nəhayət qalib gəldim. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi tərəflərə göndərilib, lakin hələ səs-səmir yoxdur. Görünür ki, Əli Əsədov və onun “Azimport” şirkətindəki adamları yenə də vaxtı uzatmaq istəyirlər. Sən mənim əmlakımı dağıt, təzminatımı mənimsə, illərlə onkoloji xəstəni məhkəmələrdə süründür, sonra da məhkəməyə verib böhtanda günahlandır!”, – deyə R.Zeynalov hiddətini bildirdi.скачанные файлы

Tanınmış vəkil bilmək istəyir ki, “Azimport” ona çatmalı olan 481 min 500 manat təzminatı vermək fikrindədirmi?
R.Zeynalov həmçinin saytda dərc olunan ““Azimport” Buzovnada binaların üzlənməsi üçün tender udmayıb” başlıqlı yazı ilə bağlı şərh verdi: “Buzovnada binaların üzlənməsi ilə bağlı aktı imzalayan tərəflərdən biri Rəşad Məmmədovun atası Rəfael Məmmədov olub. Qarşı tərəf kimi, eyni zamanda Xəzər RİH-in iki rəsmisi bu sənədi imzalayıblar”.
Xatırladaq ki, 2015-ci il mayın 9-da dərc olunan “İH-nin şöbə müdiri:““Azimport” vəkilin əmlakını dağıdıb” başlıqlı yazıda da, Xəzər RİH vəkilin mülkiyyətinə qarşı sözügedən söküntünün məhz “Azimport” tərəfindən törədildiyini təsdiqləmişdi.
Sözardı: Ötən il virtualaz.org saytında “Azimport” adından Azər, Nurəddin və Rəsul adlı üç nəfərin vətəndaşların evinə soxulması barədə yazı dərc olunmuşdu.
Bu yazıda gördüyünüz üç idmançının göründüyü fotoşəkildə ortada duran şəxs Rəşad Məmmədovun qaynı Azər Əsgərov, onun yanındakılar isə Rəsul Səlimov və Nurəddin Səlimovdur.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın