Çərşənbə axşamı , Mart 2 2021
Ana səhifə / Gündəm / Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir

Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir

Azərbaycanın ilk  mobil operatoru olan Azercell  barədə geniş məlumata ehtiyac yoxdur. 
Hazırda  4.5 milyondan çox  abunəçisi olan  şirkət demək olar ki, bütün ölkə ərazisini əhatə edir. 
Ancaq  zaman-zaman  bu şirkətlə bağlı şikayətlər, narazılıqlar da mediaya yol tapır. 
Sonuncu dəfə Azercell Telekom MMC ilə Milli Ön-nün məhkəmə çəkişməsi barədə xəbər yayıldı. 
Xəbərdən bəlli olurdu ki, Azercell  borcunu ödəmədiyi üçün Milli Ön abunəçilərin  kontur yükləməsinə məhdudiyyət qoyub, daha doğrusu bu əməliyyatı aparmaq mümkün deyildi. 
Bu isə Azercell  abunəçiləri arasında ciddi  narazılıq yaratdı. Axı, şirkət öz borcuna görə, niyə öz abunəçilərinə discomfort yaratmalıdır. 
Əlbəttə, problem tək bununla bitmir. 
Uzun müddətdir ki, şirkətin ən prestijli  nömrələri sayılan 050- 211, 050- 288 ilə bağlı cəmiyyətdə az qala bir “əfsanə” dolaşır. 
Həmin  nömrələrin 8-10 min manata satılması dillər əzbəridir. 
Axı, bu bahalıqda nömrə qiyməti olarmı ? 
Lap tutaq ki, şirkət  nömrələri həqiqətən də  bu qiymətə müştərilərə  satır. Bəs bunun rüsumu, dövlətə vergisi  hara , daha doğrusu kimlərin cibinə gedir ?
Digər problem odur ki, belə bahalı nömrələrə sahib olan abunəçilər, sonrada lazım gələrsə həmin nömrəni öz yaxınına, dostuna  hədiyyə edə, onun adına keçirə bilmir.  
Bu məsələ ancaq etibarnamə ilə mümkündür. Amma ada keçirmək istəyən müştəri xüsusi yollarla 5 min manat ödəməlidir.
Biz Gündəlik Bakı qəzeti olaraq çox istəyərdik ki, Azercell  şirkəti bu məsələlərə aydınlıq gətirsin.

Həmçinin oxuyun

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri – Faktlar

Keçmiş deputat, Ukraynadakı səfir Elmira Axundova “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri, hazırda …