Şənbə , Dekabr 10 2022
Ana səhifə / Gündəm / AZAL-a yeni birinci vitse-prezident təyin olundu

AZAL-a yeni birinci vitse-prezident təyin olundu

“Azərbaycan Hava Yolları” QSC-yə yeni birinci vitse-prezident təyin olunub.

“Azinforum.az” APA-ya istinadən xəbər verir ki, Samir Musa oğlu Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bu yaxınlarda “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq. İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …