Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Gündəm / Azad Rəhimov Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atdı…

Azad Rəhimov Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atdı…

Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək. Virtualaz.org xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.

Maraqlıdır ki, bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Lakin WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Bildirilir ki, toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq. Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.

Qazaxıstanda isə WBC-nin bu qərarından təəcüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub. “WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr oranı seçir”-Bekxojin deyib.

O bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirə qatılacaq. “Situasiyaya sakit yanaşmaq lazımdır. Bu, biznesdir. Böyük faciə yoxdur. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik”.

Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi. Bu tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezeri, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə həmin ulduzlar Bakıya gələcəklər.

Həmçinin oxuyun

Füzuli Ələkbərovun yenidən dirilişinin arxasında nə var?

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir. Beləki Füzuli Ələkbərov nazir olduğu …

Bir cavab yazın