Bazar , Avqust 18 2019
Ana səhifə / Gündəm / “Azəristiliktəchizat” suyu yox, milyonları buxara çevirir – İTTİHAM VAR

“Azəristiliktəchizat” suyu yox, milyonları buxara çevirir – İTTİHAM VAR

Havaların getdikcə soyuması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin yarıtmaz fəaliyyətindən dolayı müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına daxil olan şikayətlərin də sayı artır. Bu tendensiya artıq bir neçə ildir ki, olduğu kimi təkrarlanır və hətta artıq bəzi instansiyalarda normal bir hal kimi qəbul da edilir. Düzdür, 2016-2017-ci illər üçün isitmə mövsümünə hələ start verilməyib. Ancaq ötən illərin də təcrübəsi göstərir ki, ASC-nin fəaliyyətində müsbətə doğru hər hansı dəyişiklik gözləməyə hələ ki, heç bir əsas yoxdur. Çünki mövsümə hazırlıq dövründə görülməli olan və görülən işlər də eynilə ötən illərdə olduğu kimi, ASC rəhbərliyinin öz “planları” əsasında, müxtəlif nöqsan və çatışmazlıqlarla həyata keçirilib. Bu sahədə heç axsamayan yeganə məqam isə, dövlət tərəfindən hər il binaların istiliklə təchizatının yüksək səviyyədə təmin olunması məqsədilə külli-miqdarda vəsaitlərin ayrılması və bir də bu vəsaitlərin Yaşar Həsənovun rəhbərlik etdiyi qurum tərəfindən istehsal olunan buxar kimi “yoxa çıxarılması” ilə bağlıdır. Ekspertlər bu mövzuda mətbuata verdikləri açıqlamada bildirirlər ki, “Azəristiliktəchizat” ASC-yə hər il dövlət tərəfindən 35-40 milyon manat civarında vəsait ayrılır. Məlumdur ki, “Azəristiliktəchizat” ASC 2006-cı ildə yaradılıb. Elə həmin ildən də quruma büdcədən iki kanalla pul ayrılmağa başlanılıb. Aşıqlamalara görə, 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə, 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Təxminən 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. Lakin, yenə də ekspertlərin rəyinə görə, “Azəristiliktəchizat” ASC-də mənimsəmələrə yol açan əsas səbəblərdən biri də budur ki, maliyyə vəsaitlərinin ayrılması zamanı öhdəliklər nəzərə alınmır. Təbii ki, hesabatlarda haradasa qazanxana tikildiyi, təmir işləri aparıldığı haqda məlumatlar yer alır. Amma maliyyə vəsaitləri ayrılmadan əvvəl müvafiq proqram hazırlansa, Bakıda və digər iri şəhərlərdə istilik sisteminin qurulmasına ehtiyac olan binaların, o cümlədən yenidən qurulacaq, təmir ediləcək binaların sayı öyrənilsə, həmçinin tikiləcək qazanxanaların sayı da nəzərə alınandan sonra pul ayrılsa, bu zaman həmin vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsinə nəzarəti həyata keçirmək də daha asan olar. Bu gün isə, maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət imkanı son dərəcə məhduddur. Keçən ilə nisbətən nə qədər binanın istiliklə təmin olunduğunu, üstəlik keyfiyyətin artıb-azaldığını yoxlamaq mümkün deyil. Başqa sözlə, istilik sisteminə ayrılan vəsaitin xərclənmə mexanizmi açıq deyil. Belə vəziyyət isə, yalnız “Azəristiliktəchizat”ın rəhbərliyi üçün əlverişli hesab oluna bilər.

Məlumdur ki, ASC-yə ayrılan dövlət vəsaitindən əlavə, qurum tərəfindən həmçinin istilikhaqqı da yığılır. Maraqlıdır ki, mətbuat tərəfindən ASC-yə sorğu göndərilməsinə baxmayaraq, “Azəristiliktəchizat” mövsüm ərzində istilik üçün ödənişlərin məbləğini açıqlamır. Yalnız bu vəsaitin qurumun saxlanılmasına yönəldiyi bildirilir. Halbuki, ekspertlər hər ay yüz minlərlə manat vəsaitin toplandığını vurğulayırlar.

Lakin Yaşar Həsənovun rəhbərlik etdiyi qurumun daxilində olan bəzi mənbələr, ASC-də dövlət vəsaitlərinin mənimsənilməsinə dair daha konkret və kəskin ittihamlar irəli sürürlər. Belə məlumatlardan birində deyilir: “Təkcə 2012-2013 cü illər ərzində “Azəristilitəchizat” ASC-yə 30 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin təxminən 19,5 milyonu 2012-ci ildə, 10,9 milyonu isə, 2013-cü ildə ayrılıb. Ayrılan vəsaitlər guya ki, əsasən Bakı şəhərində yaşayış və istehsalat obyektlərinin istilik sistemlərinin, xətlərinin əsaslı təmiri üçün xərclənib. Qurum bu iki il ərzində yaşayış və istehsalat binalarındakı istilik sistemlərinin, xətlərinin əsaslı təmirinə 20 milyon manata yaxın vəsait xərcləyib. Müxtəlif şirkətlərlə (məsələn, HTM Holdinq MMC) müqavilələr bağlanaraq, bu işlərin görülməsi üçün həmin şirkətlərə qeyd etdiyimiz vəsaitlər köçürülüb. Yerdə qalan vəsaitlər isə, qazanxana, istilik şəbəkələri, elektirik naqillləri, avadanlıqları, nasoslar, nəzarət ölçən cihazlar, generatorlar, müxtəlif növ boruların, maşın mexanizmlərinin, ehtiyyat hissələrinin, tikinti və zəruri matrealların alınmasına xərclənib. Elə Yaşar Həsənovun əsas gəlir yeri də məhz ehtiyyat hissələrinin, tikinti matreallarının və zəruri avadanlıqların alınmasıdır və bu lahiyələrin həyata keçirilməsində ciddi şəkildə yeyintilər yer alıb. Bu məqsədlə alınan generatorların, polad boruların, elektirik naqil və

avadanlıqların, nasosların, maşın mexanizmlərinin, qazanxanaların satın alınma qiymətlərində də şişirdilmələr olub. Tikinti matrealların alınması üçün “Uhud” MMC-yə 1 milyon manatdan çox vəsait ödənilib. ASC-nin həyata keçirdiyi satınalınmalarda maliyyə maxinasiyaları qurumun Tikinti və İnkşaf şöbəsinin əli ilə həyata keçirilir. Buna görə də, bu şöbənin rəisi ASC sədri Yaşar Həsənova ən yaxın olan şəxslərdən biridir. Qiymətlərin şişirdilməsindən ASC rəhbərliyi il ərzində 3-4 milyon manatdan çox vəsait mənmsəyir. Bundan başqa “Azəristiliktəchizat” ASC-nin özünü maliyyələşdirən bir qurum kimi fəaliyyət göstərməsi Yaşar Həsənovun əl qolunu açır. Çünki Bakı şəhərində istiliklə təmin edilən bina sakinlərindən hər mənzil üçün yığılan pulların hara və necə xərclənməsi qeyri şəffafdır və heç də kiçik olmayan bu məbləğin böyük bir hissəsi müxtəlif yollarla mənisənilir…”

Lakin, ötən saylarımızdan birində dərc etdiyimiz materialda qeyd olunduğu kimi, “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov gəlir əldə etmək məqsədilə bir çox digər maxinasiyalara da davamlı olaraq əl atır. Bu barədə bir qədər əvvəl redaksiyamıza açıqlama verən mənbə bildirmişdi ki, belə maxinasiyalardan bir qismi də istilik təchizatı borularının qanunsuz yerdəyişdirilmələri ilə bağlıdır: “Tutaq ki, siz hansısa ərazini alıb, orada müəyyən bir obyekt tikmək istəyirsiniz. Amma tərslikdən də, həmin ərazidən binaları istiliklə təmin edən (daha doğrusu, təmin etməli olan) boru xətləri keçir. Aydındır ki, bu boruların yaxın ətrafında hər hansı tikinti işi aparmaq qanunla qadağandır. Amma bu qanuna əməl olunmasına nəzarət etmək Yaşar Həsənova həvalə olunubsa, bu zaman işləri “yoluna qoymaq” mümkündür. Belə ki, Yaşar müəllimdən yaxşı-yaxşı xahiş etsəniz, həmin boruların yerini müəyyən qədər dəyişmək olar. Elə bir müddət əvvəl Xətai rayonunda da belə bir yerdəyişmə əməliyyatı həyata keçirilib. İstilik boruları xeyli kənara çəkilib və nəticədə bir kafenin inşası üçün “boş” ərazi əldə olunub. Amma düşünməyin ki, belə əməliyyatlar sadəcə xahiş müqabilində həyata keçirilə bilər. Əsla. Əgər sizin bu xahişiniz külli-miqdarda pul vəsaiti ilə dəstəklənməsə, Yaşar müəllim nəinki boruların yerini dəyişməz, heç üzünüzə öz kabinetinin qapısını da açmaz. Elə Xətai rayonundakı kafenin sahibi də bu məqsədlə Yaşar Həsənova nə az-nə çox, düz iyirmi min manat pul ödəməli olub. Hərçənd deyilənə görə, bu məbləğin düz yarısına da Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi şərik olub…”

Sonda Yaşar Həsənovun sahibkarlıq fəaliyyəti barədə aldığımız maraqlı bir məlumatı da xatırlatmaq istəyirik. Məsələ bundadır ki, dərc etdiyimiz ötən yazıda ASC sədrinin qazanxanalardan birinin ərazisində özünə “Troya” adlı restoran tikdirdiyi qeyd olunmuşdu. Bundan sonra redaksiyamıza daxil olmuş açıqlamada isə, bu restoranın Yaşar Həsənova Bakıda məxsus olan kommersiya obyektləri arasında bəlkə də ən “xırda”larından biri olduğu vurğulanır. Mənbə iddia edir ki, hazırda paytaxtın müxtəlif ərazilərində “Azəristiliktəchizat” ASC sədrinin sahib olduğu bu obyektlər, əslində vahid bir biznes şəbəkəsi kimi fəaliyyət göstərməkdədirlər.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

dia.az

Həmçinin oxuyun

“Füzuli Məmmədov Ramil Səfərovun müdafiəsinə 2 milyon dollar ayıracağını vəd etdi, amma…”

Ramil Səfərovun müdafiəsi ilə bağlı proseslərdə indiyə qədər yayılmayan informasiyaları sosial şəbəkə istifadəçiləri ilə paylaşan …

Bir cavab yazın