Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Azərişıq” özəl mülkiyyət hüququna məhəl qoymur – ETİRAZ

“Azərişıq” özəl mülkiyyət hüququna məhəl qoymur – ETİRAZ

Azərbaycanda mülkiyyət hüququ Konstitutsiya ilə təmin olunur. Lakin Konstitutsiyanın bu tələbinə məmurlarımız tərəfindən məhəl qoyulmur.

Bundan başqa, araşdırmalarımız nəticəsində məlum olub ki, bəzi məmurlar hətta mülkiyyət hüququ barəsində məlumatsızdır. Bu günlərdə Quba rayonu Təngəaltı sakini Dəyanət İmamov Qafqaz Xəbər Agentliyinə müraciət edib. D.İmamov bildirib ki, “Azərişıq”dan tender udan “Məxmər-77” şirkəti bu yaxınlarda elektrik ötürücüləri xəttini onun atası- Məmmədağa İmamova məxsus torpaq sahəsindən çəkmək istəyib.

Onun szlərinə görə, “Məxmər-77” MMC-nin nümayəndələri ekskavatorla torpaq sahəsindəki ağacları məhv etməyə çalışıblar.

“Mən və ailə üzvlərimiz onlara imkan vermədik. Heç kim bizimlə danışıq aparmadı və maddi ziyana görə kompensasiya təklif etmədi. Biz “Məxmər-77”yə torpağımızı güzəştə getmək fikrində deyilik. Lakin təkbaşına hüquqlarımızı qoruya biləcəyimizə ümidimiz azdır”, – deyə D.İmamov əlavə edib. Həqiqətənmi, “Məxmər-77” şirkəti torpaq sahibinin icazəsi olmadan, həmin ərazidə ağacları məhv etmək və elektrik ötürücüsü xətti çəkmək istəyib?

Biz bu sualı şirkətin Sabir adlı əməkdaşına verdik (soyadını bizə bildirmədi – red.), o isə belə cavab verdi: “Biz mülkiyyət hüququnu pozmuruq. Bizim çəkdiyimiz xətlər sadəcə Vəlvələ çayı sahili boyunca, pay torpaqlarından keçir. “Dayanın, məgər pay torpaqları özəl mülkiyyət deyil?” – deyə soruşduq. “Xeyir, bu torpaqlar dövlət torpağıdır və kəndlilərə istifadəyə verilib”, – deyə şirkət nümayəndəsi bildirdi.

“1997-ci ildəki torpaq islahatları nəticəsində kolxoz və sovxoz torpaqları kənd sakinlərinin özəl mülkiyyətinə verilib axı”, – deyə xatırlatdıq. “Nolsun ki, özəl mülkiyyətə verilib? Axı xətlərin altındakı hər şey mülkiyyətçilərin özünə qalır”, -deyə Sabir adlı “Məxmər-77” nümayəndəsi cavab verdi. Biz “Azərişıq” ASC-nin mövqeyini də öyrənməyə çalışdıq.

“Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayev bildirdi ki, əgər torpaq sahəsi şəxsi mülkiyyətdirsə, o zaman xətt çəkilməsi üçün torpaq sahibinin icazəsini almaq mütləqdir. “Əgər mülkiyyət sahibi icazə vermirsə, o zaman xətt onun torpaq sahəsindən keçə bilməz”, – deyə T.Mustafayev qeyd edib.

Daha sonra “Azərişıq” rəsmisi əlavə etdi ki, elektrik ötürücüsü xətti çəkilən torpaq özəl ola bilməz. “Niyə” sualına Tanrıverdi Mustafayev belə cavab verdi: “Çünki bütün torpaqlar dövlətə məxsusdur”.

“Pay torpağının nə dəxli var? Dövlət torpağının nə aidiyyatı var? Söhbət mənim atama məxsus olan özəl torpaqdan, həyətyanı sahədən gedir”, – deyə “Məxmər-77” və “Azərişıq” nümayəndələrinin sözlərini şərh edən Dəyanət İmamov Kavkaznews.az-a deyib.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın