Ana səhifə / Gündəm / “Azəriqaz”ın qaz vurub qazan dolduran məmuru…

“Azəriqaz”ın qaz vurub qazan dolduran məmuru…

Moderator.az – a adının çəkilməyini istəməyən bir oxucumuzdan ilginc informasiya daxil olub.

Məlumatda qərb bölgəsində qaz istismar sahəsində özbaşınalığın hökm sürdüyündən bəhs edilir.
Baş mühəndis Məzahir Hüseynovun “əhatə dairəsi”ndə olan ərazilərdə öz istədiyi kimi vəziyyət yaratdığı iddia edilir. Belə ki, Məzahir Hüseynov hər evə qaz çəkilişi zamanı layihə pulu, boru pulu, qazı buraxmaq pulu və s. adlar altında abonentdən üst – üstə 800 manat tələb edir. Əsasən Gədəbəy və Şəmkir rayonlarında baş mühəndisin “işi” rahat gedir. M. Hüseynov əvvəllər Gədəbəydə qaz istismar sahəsinin rəisi vəzifəsində çalışıb. Çoxlu gəlir əldə etdiyinə, daha doğrusu, diribaşlığına görə SOCAR – ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini, bu günlər adı xanımının Türkiyədə 20 milyon dollara bir neçə villa alması iddialarına görə dilə – dişə düşən Qiymət Mehdiyevin Məzahir Hüseynovu qərb bölgəsinə – yəni Gədəbəylə yanaşı Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarına baş mühəndis təyin etdiyi də iddialar arasındadır…
Bizə verilən məlumata görə, baş mühəndis Məzahir Hüseynov Qiymət Mehdiyevə güvənirmiş. Məlumatı verən qərb bölgəsindən olan oxucumuz iddia edir ki, Azəriqaz” rəhbərliyi iddiaları yerində araşdırmaq niyyətinə düşsə maraqlı faktlarla qarşılaşacaqlarına şübhə yoxdur…

Həmçinin oxuyun

Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq – Yeni nazir də seyrçi qalmaqdadır…

“Yeni təhsil nazirinin təyin edilməsi bu sahəni şəxsi mülkiyyətinə çevirənlərin, təhsil ocağında rüşvət mənbəyi yaradanların …

Bir cavab yazın