Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Azərbaycanlı qaçqın adı ilə Almaniyaya gedən ermənilər deport ediləcəklər

Azərbaycanlı qaçqın adı ilə Almaniyaya gedən ermənilər deport ediləcəklər

Yaxın zamanlarda Azərbaycan Almaniyaya gediş-gəlişlə bağlı dəyişikliklər olacaq. Bu barədə Alman-Azərbaycan mədəni əlaqələr cəmiyyətinin sədri Rasim Sadıqov məlumat verib.

O, qeyd edib ki, hazırda Almaniyada yüzlərlə erməni azərbaycanlı qaçqın kimi sığınacaq alıb: “Təbii ki, bu da bizim Azərbaycanın milli maraqlarına zidd addımdır. Onlar azərbaycanlı adı ilə qeydiyyara düşdükdən sonra Azərbaycanın əleyhinə iş apamağa başlayırlar. Alman cəmiyyəti onları azərbaycanlı kimi qəbul etdiyindən əksər vaxt dediklərinə inanırlar. Bu, Almaniyada yaşayan hər bir azərbaycanlını narahat edir.

Ona görə də düşünürük ki, bu məsələni qanuni şəkildə həll etmək lazımdır. Məsələn, Almaniyada yaşamaq üçün müraciət edən kəs mütləq ölkəmizin Almaniyadakı səfirliyindən müvafiq sənəd almalıdır. Yoxsa heç bir dəlil, sübut, sənəd təqdim etmədən erməniləri azərbaycanlı qaçqın kimi qəbul etmək doğru hal deyil. Çünki burada ermənilər Azərbaycana qarşı ideoloji təxribat edirlər”.

Modern.az məsələni araşdırmağa çalışıb.

Almaniyada yaşayan soydaşlarımız məsələni birmənalı olaraq təsdiqləyiblər.

Bununla bağlı Almaniyanın rəsmi instansiyalarına müraciət edilib.

O da məlum oldu ki, artıq məsələ Almaniyada ciddi nəzarət altına alınıb.

Eyni zamanda bununla bağlı Azərbaycanın Almaniyadakı səfirliyinə təlimat verilib və ölkəmizin Berlindəki diplomatik missiyası araşdırmalara başlayıb.

Məsələ ilə bağlı Almaniya parlamenti qərar qəbul edəcək. Almaniyaya azərbaycanlı adı ilə sənədsiz və qaçqın adı ilə gedənlər Azərbaycanın bu ölkədəki səfirliyində qeydiyatdan keçməli olacaqlar.

Sənədi olmayanlar Azərbaycana deport ediləcəklər.

Bu qərar hər iki ölkənin ali qanunverici orqanının gündəmindədir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın