Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Azərbaycanlı ekspert: “Maşa və Ayı” uşaqlar üçün zərərlidir – VİDEO

Azərbaycanlı ekspert: “Maşa və Ayı” uşaqlar üçün zərərlidir – VİDEO

“Maşa yaramaz bir uşaqdır”.
Azərbaycanda ailə məsələləri üzrə ekspert Hacı Quliyev Rusiya istehsalı olan “Maşa və Ayı” cizgi filminin uşaqlar üçün zərərli vərdişlər aşıladığını bəyan edib.
Oxu.Az xəbər verir ki, ekspert belə bir fikirlə “Lider” telekanalında aparıcı Lamiyə Ələkbərqızının təqdimatında yayımlanan “Həyat tərzi” verilişində çıxış edib.
H. Quliyev qeyd edib ki, bu barədə ona çox valideynlər müraciət edib.
“Bildirirlər ki, uşaqlar evdə Maşanın hərəkətlərini təkrarlayır. Bildiyiniz kimi, Maşa da yaramaz bir uşaqdır. İnanın ki, bununla bağlı araşdırma aparmışıq və bu cizgi filmi uşaqların formalaşmasında çox pis təsir edir. Uşaqlar hündürə qalxırlar, oradan da özlərini atırlar”, – deyə, o, bildirib.
Ekspert vəziyyətdən çıxış yolunu milli nağıllara üstünlük verməkdə görür:
“Əvvəllər nənələr uşaqlara nağıllar danışırdı. Uşaqların da öz qəhrəmanları olurdu. Həmin qəhramların simasında uşaqlarda mərdlik, cəsurluq, valideynə hörmət, vətənə sevgi, dostlara qarşı bağlılıq və başqa bu kimi müsbət xasiyyətlər formalaşırdı.
Bu gün isə uşaqlarımızın həmin qəhrəmanları yoxdur. Başlıca olaraq, bütün problemlər də buradan əmələ gəlir və yaxud da uşaqlarımızı o qədər azad buraxırıq ki, uşaqların qəhrəmanları qorxulu, naməlum və davranışları ilə heç bir məntiqə sığmayan qəhrəmanları olur”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın