Ana səhifə / Gündəm / Azərbaycanın tanınmış cütlüyü niyə boşandı?

Azərbaycanın tanınmış cütlüyü niyə boşandı?

Ötən gün keçmiş ANS-çilər Zəhra Rüstəm və Cavid Osmanovun boşanma xəbəri şou gündəmini zəbt edib. Cavid “facebook” sosial şəbəkəsinin info bölməsində “evli” olduğunu “boşandı” ilə əvəz edib. 

Bununla da, bir neçə aydır ki, onların  ayrılmalar barədə yayılan şayiələrin doğru olduğu məlum olub. Cütlüyün hansı səbəbdən 6 illik ailə münasibətlərinə son qoymaqlarının səbəbi mətbuata bəlli deyil.

Zəhra Rüstəm isə bütün sosial şəbəkədəki hesablarını deaktiv edib, telefon nömrəsini dəyişdirib.

“Qafqazinfo” mövzu ilə bağlı C. Osmanovla əlaqə saxlayıb. Aparıcı şəxsi həyatı barədə danışmaq istəmədiyini qeyd edib:

“Qoy şəxsi həyat şəxsi həyat kimi qalsın. Həyatda hər şey olur. Şərh etmək istəmirəm. Sadəcə ikimizə də uğurlar arzulayıram”.

Bu məqamda qeyd edək ki, cütlük 2011-ci ildə ailə həyatı qurub, onların bir qız övladı var.



Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın