Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Azərbaycandan dünyaca məşhur “Ermitaj”muzeyinə etiraz məktubu –ŞOK SƏBƏB

Azərbaycandan dünyaca məşhur “Ermitaj”muzeyinə etiraz məktubu –ŞOK SƏBƏB

Milli Azərbaycan Tarixi Muzeyi Rusiyanın məşhur “Ermitaj” muzeyinə etiraz məktubu göndərib.
Moderator.azakademiyaya istinadən xəbər verir ki, Tarix Muzeyi Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın Təşkilat Komitəsinə müraciət qəbul olunub.
Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilib. Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir.
Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın