Cümə , İyul 19 2019
Ana səhifə / Gündəm / Azərbaycanda yetkinlik yaşına çatmayan cinayətkar qızlar – DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda yetkinlik yaşına çatmayan cinayətkar qızlar – DƏHŞƏTLİ STATİSTİKA

Hər gün insanlar müxtəlif cinayət hadisələri ilə bağlı çoxsaylı xəbərlərə rast gəlmək artıq adi hala çevrilib. İnsanların biri-birinin canına qəsd etmələri, ərin arvadı, qardaşın bacının və ya qardaşını, qohumların bu və ya digər səbəblərdən öldürməsi, kimlərinsə özlərini yandırması və ya digər intihar halları ilə bağlı məlumatlar həyatımızın ayrılmaz parçası olub. Əsasən bu cinayət hadisələri gənclər və orta yaş təbəqəsində müşahidə edilir. Bununla yanaşı, həm də 18 yaşa qədər uşaqların cinayət hadisələrində iştirakı halları da olur ki, bu gün cəmiyyətimiz tərəfindən bu məqamlar həssaslıqla qarşılanır.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlanlar, 7 nəfəri isə qızlardır.

Məlumata əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş uşaqların sayında azalma olub. 2014-cü ilin birinci yarısı 242 cinayət hadisəsinidə 14-18 yaşadək uşaqlar törədib ki, bunun da 232 nəfəri oğlanlar, 10 nəfəri isə qızlardır.

2015-cü ilin birinci yarısında bu yaş qrupunda olan uşaqların 6 nəfəri (5-i oğlan, 1-i qız) qəsdən adam öldürmə və adam öldürməyə cəhddə, 17 nəfəri (17-i oğlan) qəsdən sağlamlığa zərər vurmada, 122 nəfər (120-i oğlan, 2-i qız) oğurluqda, 2 nəfər (oğlan)soyğunçuluqda, 5 nəfər (oğlan) quldurluqda, 2 nəfər 9oğlan) dələduzluqda, 16 nəfər (oğlan) xuliqanlıqda, 5 nəfər (oğlan) narkotik vasitələrlə bağlı cinayətlərdə, 11 nəfər (10-u oğlan, 1-i qız) hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə, 53 nəfər (50-i oğlan, 3-ü qız) digər cinayətlərdə təqsirləndirilir.

2015-ci ilin birinci yarısı 142 nəfər 14-18 yaşadək olan uşaqlar məhkum edilib ki, bunların 139-u oğlan, 3-ü qızlardır.

2014-cü ilin müvafiq dövründə isə məhkum edilmiş 14-18 yaşadək uşaqların sayı 150 nəfər olub ki, bunun 148 nəfəri oğlanlar, 2-i isə qızlar olub. 2015-ci ilin birinci ayrısınadək məhkum edilmiş 14-18 yaşadək uşaqların 18 nəfəri 5 ilədək, 26 nəfəri 5 ildən 10 ilədək azadlıqldan məhrum edilib. <p”>Bu müddətdə 14-18 yaşadək məhkum edilmiş uşaqların 41 nəfəri cərimə olunub, 12 nəfəri islah işlərinə, 1 nəfəri ictimai işlərə, 44 nəfəri isə şərti məhkumetmə cəlb olunub.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın