Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Azərbaycanda sələfi və nurçu qeyri-ənənəvi dini icmaları varmı?

Azərbaycanda sələfi və nurçu qeyri-ənənəvi dini icmaları varmı?

Bu gün Azərbaycanda dini icmalar içərisində rəsmi olaraq sələfi, nurçu və ya digər qeyri-ənənəvi dini icma yoxdur.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Qurbanlı bildirib ki, Dini Komitə də qeydiyyat üçün müraciət edən dini icmaların ənənəvi İslam dininə uyğun olmasını yoxlayır və ondan sonra dini icma qeydiyyata alınır.

Azərbaycanlıların xarici ölkələrdə qeyri-qanuni silahlı qruplaşmalara qoşulması məsələsinə gəlincə, M.Qurbanlı bildirib ki, Azərbaycandan bu cür silahlı qruplaşmalara qoşulanların sayı çox azdır.

Komitə sədri vurğulayıb ki, artıq İŞİD və digər qeyri-qanuni silahlı qruplaşmalar iflas etmək üzrədir, çünki o qruplaşmaların yaradılması istənilən nəticəni vermir.

M.Qurbanlı bildirib ki, 2016-cı ildə 101-i İslam, 4-ü qeyri-müsəlman dini icması olmaqla, dövlət qeydiyyatına alınmış dini icmaların sayı 749-a çatıb: “İndiyə qədər qeydiyyatdan keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır”.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın