Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Azərbaycanda qısa zamanda necə zəngin olmaq olar? – iqtisadçıdan maraqlı şərh

Azərbaycanda qısa zamanda necə zəngin olmaq olar? – iqtisadçıdan maraqlı şərh

Rəşad Həsənov: “Ölkədə ilkin kapitalı olan insanların çox qısa müddətdə uğur əldə etmək şansı yaranıb”

Mediada tez-tez müxtəlif milyonçuların qeyri-adi həyat hekayələrinə rast gəlinir. Yoxsul bir gənc ikən qısa müddətdə varlanan insanlar haqqında oxumaq həm də oxucuda bir stimul yaradır. Hər kəs qısa zamanda necə zəngin olacağını düşünür.

Bəziləri hesab edir ki, bu yalnız Amerika kimi inkişaf etmiş iqtisadiyyatı olan ölkələrdə mümkündür. Lakin bəzi faktlar zəngin olmağın istənilən ölkədə mümkün olduğunu deməyə əsas verir. Azərbaycanın dünya səviyyəsində rəsmi milyonçusu olmasa da, ölkədə milyonları olan insanlar kifayət qədərdir. Təbii ki, həmin pulları leqal, yoxsa qeyri-leqal yollardan gəlməsi də başqa bir müzakirə mövzusudur. Ancaq kasıb bir ailənin övladı ikən ölkənin milyonçusuna çevrilmə təcrübəsi ölkəmizdə də yaşanıb.

Bəs görəsən, qısa zamanda necə zəngin olmaq olar? Nəzəri olaraq Azərbaycanda bu mümkündürmü?

Image result for Rəşad Həsənov

Sualımızı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, ümumiyyətlə, yeni yaranmaqda olan iqtisadiyyatlarda imkanlar geniş olur: “Nəzərə alsaq ki, Azərbaycan sovet hökumətinin çökməsi ilə bazar iqtisadiyyatına keçdi. 70 il planlaşdırılmış iqtisadiyyatla yaşayan Azərbaycan əhalisi biznes mühitinə hazır deyildi. Bu isə müəyyən bacarıqları olan insanların qısa müddətdə parlamasına şərait yaradırdı. Bu baxımdan, ilk illərdə Azərbaycanda sürətlər inkişaf edən, maliyyə imkanlarını artıran biznesmenlər ortaya çıxdı. Sonradan bu proses daha da dərinləşdi. Lakin 2000-ci illərdən sonra yeni bir trend formalaşmağa başladı. Məmur biznesinin geniş yayılması, administrativ resurslardan istifadə edərək iqtisadi mühitə birbaşa müdaxilə şərti ilə özü üçün imkanları artırmaq cəhdləri nəticəsində qısa müddətdə ölkədə milyonerlərin yox, milyarderlərin yaranmasını müşahidə etdik. Onların böyük əksəriyyəti, xüsusilə də dövlət qurumlarında təmsil olunan məmurlar və ya onların himayə etdikləri şəxslər idi. Ümumiyyətlə götürdükdə Azərbaycan kimi ölkələrdə bu tendensiya daha çoxdur. Dünyada da buna bənzər hallar müşahidə olunur. Bu, qısa müddətdə varlanmağın əsas yollarından hesab olunur”.

İqtisadçının sözlərinə görə, hazırda yaranmış imkanlara baxsaq, ölkə üçün yeni iqtisadi çağırışlar formalaşıb:“Hökumət ölkədə zərurətdən biznes mühitinin liberallaşması üçün şərait yaradır. Faktiki olaraq bir sıra hallarda kapital çatışmazlığı səbəbindən böyük əksəriyyət real sektorda təmsil oluna bilmir. Azərbaycanda ilkin kapitalı olan insanların çox qısa müddətdə uğur əldə etmək şansları yaranıb. Azərbaycan iqtisadiyyatının hazırkı şəraitini nəzərə alsaq, böyük sektorlar, subsektorlar işlənməmiş vəziyyətdədir. Bu sektorlarda kifayət qədər boşluq var. Rəqabət mühiti kifayət qədər zəifdir. Bu baxımdan, hər hansı bir sahədə normal təşəbbüsü ortaya qoyan və kapital təminatı olan şəxslərin qısa müddətdə varlanma imkanları var”.
R.Həsənov ölkədə zənginlər arasında qeyri-rəqabətli mühitdə, haqsız yollarla milyarder olmuş insanların üstünlük təşkil etdiyini vurğuladı: “Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən kateqoriya insanlar var ki, onların uğur hekayələrinin, biznesdə parlamalarının əsas səbəbi dayanmadan çalışması, təşəbbüskar olması, eyni zamanda qarşıya çıxan problemlərlə yorulmadan mübarizə etməsi nəticəsində olur. Ancaq bu kimi hallar çox azdır. Bizim gördüyümüz əksər milyarderlər qeyri-rəqabətli mühitdə haqsız yaradılmış individual imkanlardan istifadə edərək bu imkanları əldə ediblər”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın