Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Azərbaycanda nə qədər ömürlük məhbus var?

Azərbaycanda nə qədər ömürlük məhbus var?

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib. Onlardan 4-ü ömürlük cəza alıb.

Ömürlük cəza alanların sayına diqqət yetirsək, builki göstərici əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Belə ki, 2013-cü ildə 15 nəfər, 2014-cü ildə bundan 13,3 faiz az, yəni 13 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 270-ə yaxın ömürlük məhbus var.

Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova AzVision.az-a açıqlamasında bildirib ki, ömürlük məhbuslar arasında 27-28 il həbsxana həyatı yaşayanlar çoxluq təşkil edir.

“Ömürlük məhbuslar arasında 20-21 il cəza çəkənlər daha çoxdur. Onların sıralarında orta nəslin nümayəndələri ilə yanaşı gənclər də var. 1998-ci ildə edam cəzası ləğv olunandan sonra bu cəzaya məhkum edilmişlər ömürlük məhbəs həyatı yaşayır. Ömürlük məhbusların əksəriyyəti xəstəlikdən vəfat edib. Bundan əlavə qeyd edim ki, güllələnmə hökmünə düşənlərdən 128 nəfər əfv olunaraq ömürlük cəzaya məhkum ediliblər. Onlardan sağ qalanların sayı 70 nəfərdir. Digərləri vəfat edib”.

Müslümət Rzaxanovanın sözlərinə görə, ömürlük məhbuslar arasında 70 yaşlı insanları da görmək mümkündür.

Qeyd edək ki, 1998-ci ilin fevralından Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər güllələnməyə məhkum olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır. Belə ki, onların məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü olmayıb.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın