Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Azərbaycanda maşın bazarı niyə çökür?

Azərbaycanda maşın bazarı niyə çökür?

Xəbər verdiyimiz kimi, 2017-ci ildən etibarən ölkəyə idxal olunan minik avtomobilləri üzrə aksiz vergisinin miqdarı artırılır.

Qafqazinfo” xəbər verir ki, bu ilin 11 ayının nəticələrinə əsasən ölkəyə avtomobil idxalı 82 faiz azalıb. Yəni ötən il 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdusa, bu il 4820- dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub.

İdxalın həcminin əsaslı şəkildə azaldığı bir vaxtda minik avtomobillərinə aksiz dərəcəsi üzrə rüsumun artırılması bazarın inkişafına necə təsir göstərə bilər? Bu addım dövlət büdcəsinin gəlirlərinin artmasına xidmət edirmi?

Qafqazinfo” bu suallarla avtomobil bazarı üzrə ekspert Ramil Osmanlıya müraciət edib. R. Osmanlı bildirib ki, bu məsələnin müsbət məqamı büdcəyə daxilolmalarla əlaqədardır: “Mənfi məqam isə ondan ibarətdir ki, bu proses Azərbaycanda onsuz da idxalı kəskin şəkildə azalmış avtomobillərin idxalını daha da məhdudlaşdırmağa şərait yaradacaq. Eyni zamanda yəqin ki, avtomobil idxalçıları vergi yükünü azaltmaq üçün mühərriki böyük ölçüdə olan avtomobillərin idxalından yalnız sifariş olmadığı təqdirdə imtina edəcəklər. Bu addımı çox mənfi qiymətləndirirəm.

Yeni qərarla aksiz dərəcəsi 2 dəfədən çox artacaq. Hesab edirəm ki, bu Azərbaycanda mövcud avtomobilləşməyə mənfi təsir göstərəcək. Bu təbii ki, vergi rüsumlarını artıracaq, büdcəyə daxil olmaları artıracaq. Ümumilikdə isə, nəticə etibarilə idxaldan büdcəyə daxilolmaların kəskin şəkildə azalmasına gətirib çıxaracaq.

Nəzərə alsaq ki, 2013- cü ildə Azərbaycana 1 il ərzində 100 minə yaxın avtomobil gəlirdisə, 2015-ci ildə bu rəqəm 25 minə qədər düşdü, 2016- cı ilin nəticələrinə görə isə 4820 ədəd avtomobil idxal olunub. Bu cür qərarların qəbul olunmasının məntiqini heç cür izah edə bilmirəm. İqtisadi əsaslandırma müsbət differensiallaşdırma, xərclərin optimallaşdırılması, gəlirlərin artımı baxımından baş verir. Yəni, əsaslandırma gəlirlərin artımına söykənməlidir. Bu halda isə gəlirin artımından söhbət gedə bilməz”.

Ekspert qeyd edib ki, burada idxalın məhdudlaşdırılması məsələsini də nəzərə alırlar: “Ancaq nəzərə almaq lazımdır ki, aksiz dərəcəsinə görə ödənilən rüsumlar onsuz da Azərbaycanın daxilində qalır. Bu proses bütövlükdə Azərbaycanda böyük bir bazarın kəskin şəkildə məhdudlaşdırılmasına gətirib çıxarır. İdxalı məhdudlaşdırmaq həm də ciddi bir sahibkarlıq sahəsini iflic vəziyyətinə gətirib çıxarır. 2013- cü ildə Azərbaycanda avtomobil idxalçıları üzrə rəsmi nümayəndəliklərinin sayı 90-dan artıq idi. 100-dən artıq xarici avtomobilin Azərbaycanda idxalı və satışını həyata keçirilirdi. O nümayəndəliklərdə 100-lərlə insan çalışırdı”.

Lüks avtomobillərə gəlincə isə, ekspert qeyd edib ki, burada söhbət qiyməti 250 min manatdan artıq olan avtomobillərdən gedir: “Bunlar Azərbaycanda çox geniş satışı olmayan “Maserati”, “Bugatti” avtomobilləridir. Bu avtomobillərin ölkədə alıcılarının kim olması isə ictimaiyyətə bəllidir. Onlar üçün iqtisadi böhran problemi heç nəyi dəyişmir. Lüks avtomobil alan insanlar yenə də almaqda davam edəcəklər”.

Qafqazinfo” bu məqamda hazırda minik avtomobillərinə tətbiq olunan aksiz vergisinin miqdarını təqdim edir:

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın