Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Azərbaycanda kənd qızları 18 yaşına çatmamış ərə verilirlər – STATİSTİKA

Azərbaycanda kənd qızları 18 yaşına çatmamış ərə verilirlər – STATİSTİKA

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kəndlər şəhərləri üstələyir.
Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kənd yerləri şəhər yerlərini üstələyir.
Moderator.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yerlərindəndir.
2015-ci ildə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-si kənd, 2014-cü ildə 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın