Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Gündəm / Azərbaycanda hansı generallar rütbədən məhrum edilib? – Ekspert açıqladı

Azərbaycanda hansı generallar rütbədən məhrum edilib? – Ekspert açıqladı

“Belə bir hal olub ki, general həbs olunub, ancaq rütbədən məhrum edilməyib”.

Mia.az xəbər verir ki, bu fikirləri unikal.org-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O, qeyd edib ki, general yalnız məhkəmə qərarı ilə rütbədən azad edilə bilər: “Mən bu zamana qədər nadir hallarda şahidi olmuşam ki, işdən azad olunub məsuliyyətə cəlb edilən generalın rütbəsini alınsın. Bəzən olur ki, birinci instansiya məhkəməsi rübtəsini almır. Çünki apelyasiya məhkəməsi həmin generalın və ya digər rütbəli şəxsin iddiasını təmin edə bilər və bundan sonra rütbənin bərpası qəliz məsələdir. Generalın rütbədən məhrum edilməsi onun hansı cinayət əməlini törətməsindən asılıdır. Elə olub ki, rütbəli şəxs həbs olunub, sonradan azad edilib. Ancaq rütbədən məhrum edilməyib”.

Həbsdə olan MTN polkovniklərinin və generallarının rütbəsinin alınmasına gəlincə, Ü.Cəfərov qeyd edib ki, bu, məhəmə qərarı olmadan mümkün deyil: “Düzdür, onlara qarşı ağır ittihamlar irəli sürülüb. Ancaq rübtədən məhrum edilmələri məhkəmə qərarından asıldır. Misalçün, Zakir Nəsirov məsələsinə diqqət edək. O, ömürlük həbs olunmuşdu. Sonradan məlum oldu ki, günahsızdır. Amma 15 il heç nədən həbs yatmışdı. Prezident onun ömürlük həbsini 20 illə əvəzlədi. 15 ildən çox həbsdə qaldığına görə məhkəmə onu azadlığa buraxdı. Belə çıxır ki, bu insanı heç nədən həbs ediblər. Bəzən bizim hakimlər özbaşınalıq edirlər. Sonradan məlum olur ki, insan heç nədən cəza alıb. Mən özüm 2007-ci ildə başıma gətirilənləri 8 il heç kimə sübut edə bilmədim. Ondan sonra iş getdi çıxdı Avropa Məhkəməsinə. 8 il sonra Avropa Məhəməsi mənim hüququmu tanıdı. Hələ də bu iş Yasamal Prokurorluğunda açıqdır. Yaxın günlərdə o məsələni yenidən gündəmə gətirəcəyəm. Necə olur ki, mənə qarşı sui-qəsd edənlər hələ də azadlıqdadırlar?”.

Ehtiyyatda olan polkovnik-leytenant bununla bağlı statistikanın aparılmasının vacib olduğunu vurğulayıb: “Məhkum olanları və bəraət alanları hesablamaq lazımdır. Konkret olaraq bununla bağlı nə isə deyə bilmərəm. Bunu hesablamaq uzun prosedir. Əslində belə bir statistika aparılmalıdır. Vaxtilə general Elbrus Orucov həbs olunmudşu. Amma sonradan nazirliyə qaytarılaraq vəzifəyə təyin edildi. Bu yaxınlara qədər də xidmətdə idi. Bizdə bir dəfə general prezident tərəfindən rütbəsindən məhrum edilib. O da Çingiz Şəfiyevdir. Daha doğrusu rütbəsi bir pillə aşağı salınıb. Səhv etmirəmsə, bu gün də Azərbaycan Silahlı Qüvvələrində xidmətdədir”.

Həmçinin oxuyun

İqbal Məmmədovun yalanı RƏSMƏN İFŞA OLUNDU – Deputatın oğluna 2 maddə ilə cinayət işi açılıb

DİA.AZ: – Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək …

Bir cavab yazın