Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Azərbaycanda cinsi zəifliyə düçar olan kişilər çoxalıb, həkimə müraciət etməkdən isə utanırlar” – HƏKİM

“Azərbaycanda cinsi zəifliyə düçar olan kişilər çoxalıb, həkimə müraciət etməkdən isə utanırlar” – HƏKİM

Son illər dünyada baş verən proseslər, informasiya texnologiyalarının inkişafı insan həyatına təsirsiz ötüşmür. Qida rasionumuzun dəyişməsi, orqanik məshulların genetik modifikasiya olunmuş məhsullara dəyişdirilməsi, ətraf mühitin çirkləndirilməsi və s. insan orqanizmində ciddi fəsadlara səbəb olur. Elə son illər həm dünya, həm də Azərbaycanda kişi sonzuluğu və cinsi zəifliyin artması da bu amillərlə əlaqələndirilir. Çox təəssüf ki, bu kimi hallara çox zaman laqeyd münasibət, utancaqlıq səbəbindən həkimə getməmək ciddi fəsadlara, ailələrin qurulmamasına və ya qurulmuş ailələrin dağılmasına səbəb olur.

Bununla bağlı Modern.az-a açıqlama verən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-uroloqu Rəşad Məmmədov bildirib ki, istər kişi sonsuzluğu, istərsə də cinsi zəifliklə bağlı Azərbaycanda dəqiq statistikanı vermək mümkün deyil.

“Amma ümumdunya statistikasında baxdıqca, yetəri qədər çox ciddi say ortaya çıxır. Bununla bağlı mediaya dəqiq məlumat vermək üçün statistik araşdırma aparılmalıdır. Bu olmadığı üçün kişi sonsuzluğu və cinsi zəiflik haqqında dəqiq məlumat vermək mümkün deyil. Amma həkim kimi son illər apardığım müşahidələr bu sahədə problemlə üzləşənlərin ciddi artdığını deməyə əsas verib. Son dönəmdə cinsi zəiflik və sonsuzluğun yarana səbəbləri multifaktorialdır. Tək bir faktorla bağlı deyil, ətraf mühitin təsiri, ürək, qan-damar sisteminin xəstəlikləri, şəkərli diabet, hormonal faktorlar, irsi faktorlar, qidalanma, fərdin psixoemosional statusu buna təsiri edir”.

R.Məmmədov ümumi baxıldıqda kişi sonsuzlğunun tam səbəbinin bilinmədiyini qeyd edib.

“Bunu yuxarıda qeyd etdiyimiz səbəblərə bağlayırıq. Amma sonsuzluğun 60 faizinin səbəbi  demək olar ki, bilinmir. Və bu problemlər sonda ağır nəticələnir. Kişi sonsuzluğu ciddi ailədaxili problemlərə yol açır. Kişilərin bir hissəsi konservativ və ya cərrahi yolla müalicə olunaraq sağlığına qovuşur. Bəziləri sağlamlığa qovuşa bilməyəndə suni mayalandırma vasitəsilə övlada sahib olur”.

Texnologiyanın inkişafının insanlara ciddi təsir etdiyini deyən həkim uroloq qeyd edib ki, kişi cinsi zəifliyinə psixoemosional sterss təsir edir.

“Texnologiyaların inkişafı insanlara bəd vərdişlər gətirdi və onların psixoemosional statuslarını dəyişdirdi.  Tək bizim ölkədə deyil, bütün dünyada bu tendensiya var”.

R.Məmmədov Azərbaycanda bu problemləri yaşayan kişilərin həkimə müraciət etməkdən çəkindiyini vurğulayıb.

“Azərbaycan da Şərq ölkəsidir və burada Şərq mentaliteti öz təsirini göstərir. İnsanlarımız bu problemlə bağlı müraciət etməyə çəkinirlər və yaxud da həkimlə görüşəndə bütün detalları izah etmirlər. Halbuki, hal-hazırda dərman vasitələri və texnika izn verir ki, biz bütün bu xəstələri normal şəkildə müalicə edək və sağlamlığına qovuşduraq”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın