Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Gündəm / Azərbaycanda ən gənc və ən yaşlı nazir kimdir? – 39-dan 81-dək

Azərbaycanda ən gənc və ən yaşlı nazir kimdir? – 39-dan 81-dək

Hazırda Azərbaycanda ən gənc nazir rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir. O, 1977-ci il fevralın 1-də anadan olub.

Novator.az bildirir ki, 39 yaşlıRamin Quluzadə ötən il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə təyinat alıb, həmin vaxtdan nazir vəzifəsini də icra edib. Bu il yanvarın 15-də Ramin Quluzadə nazir təyin olunub.

Hökumətdə ikinci gənc nazir təhsil naziri Mikayıl Cabbarovdur. Onun 40 yaşı var. Mikayıl Cabbarov 2013-cü il aprelin 19-dan təhsil naziridir.

Nazirlər Kabinetində yaşı 50-dən az olan daha iki şəxs yer alır: Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 49, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 47 yaşdadır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 51 yaşı var.

Hökumətdə ən yaşlı şəxs 81 yaşlı baş nazir Artur Rasizadədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 79, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev 78 yaşdadır.

Baş nazirin müavinlərindən Abid Şərifovun 76, Elçin Əfəndiyevin 73,Yaqub Eyyubovun 71 yaşı var.

Hökumət üzvlərinin böyük qisminin yaşı 60-dan çoxdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə 60 yaşı bu il tamam olur.

Müdafiə naziri Zakir Həsənov və kənd təsərrüfatı naziri Heydər Əsədovun 57, xarici işlər naziri Elmar Məmmədyarovun 56, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 55 yaşı var.

Yeri gəlmişkən, ali icra hakimiyyətinin başçısı prezident İlham Əliyevin bu il dekabrın 24-də 55 yaşı tamam olacaq. O, 2003-cü ilin oktyabr ayından prezident postunu tutur.

Həmçinin oxuyun

“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”

“Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli …

Bir cavab yazın