Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Gündəm / Azərbaycana qarşı böyük təxribat: Yalta yalanı ifşa olundu

Azərbaycana qarşı böyük təxribat: Yalta yalanı ifşa olundu

Aprelin 20-22-də tanınmamış Krım respublikasının Yalta şəhərində keçirilən III beynəlxalq iqtisadi forumla bağlı qalmaqal yaranıb. Hər şey ondan başlayıb ki, Ukraynanın UNN agentliyi Krım Muxtar Respublikası (KMR) Prokurorluğunun forumda iştirak etmiş xarici iştirakçıların qatılması faktı üzrə cinayət işi açıldığı və bu sırada Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri olduğu barədə xəbər yayıb.

KMR mətbuat xidməti vurğulayıb ki, xarici vətəndaşların yarımadanın müvəqqəti işğal olunmuş ərazilərinə getməsi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi razılıq əsasında olmalıdır, əks təqdirdə, bu, Ukrayna qanunvericiliyinin pozulması deməkdir. Azərbaycanın tanınmış brendlərininnümayəndələri dərhal məsələyə reaksiya verərək, Yaltadakı forumda iştirakçı olmadıqlarınıbəyan ediblər. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, “AzərsunHolding”, “Azərkosmos” ASC və SOCARrəsmiləri belə bir forumda iştirak etmədiklərini deyiblər. İqtisadiyyat Nazirliyi rəsmiləri də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin Yalta forumunda iştirak etmədiyini bildirib. Bu barədə virtualaz.org-a Ukraynadakı Azərbaycan səfirliyindən bildirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən deyiblər ki, məlumat yayıldıqdan sonra onlar bəzi Azərbaycan şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlar cinayət işinin açılması və işləri ilə əlaqədar hər hansı problemlə bağlı iddianı inkar ediblər.

Ukrayna Baş Prokurorluğundan da bildirilib ki, idarənin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə heç bir məlumatı yoxdur.

Son olaraq KMR Prokurorluğunun mətbuat xidmətindən “Report”undeyilib ki, hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi yoxlanılır, hələlik isə şirkətlərin nümayəndələri cinayət işində yalnız şahid(?-“YM) ola bilər.

“Yeni Müsavat” Yalta forumunda iştirak edən dövlətlərin tam siyahısını əldə edib. Forumda Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Çin, Koreya Respublikası, Polşa, Serbiya, ABŞ, Anqola, Braziliya, Venesuela, Dominikan Respublikası, İsrail, İordaniya, Qətər, Kipr, Malayziya, Monqolustan, Myanmi, Nikaraqua, Yeni Zelendiya, Burundi, Fələstin, Tunis, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, separatçı Abxaziya, Belarus, Qazaxıstan və Latviya iştirak edib.

Forumda ən böyük nümayəndə heyətini İtaliya təmsil edib. Senator Serjiyo Divinanın rəhbərlik etdiyi nümayəndə heyəti 40 nəfərlə təmsil olunub. Forumda Avropa Parlamentinin Rumıniyadan olan deputatı Laurentiu Rebeqa da iştirak edib.

Türkiyəyə gəlincə, forumda Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Şamil Ayrım iştirak edib. O, “Mərmərə Qrupu Vaqfı”nı təmsil edib. Panel müzakirələrdə çıxış edən Ş.Ayrım türkiyəli investorların və tikinti kompaniyalarının Krıma maraq göstərdiklərini bildirib.
Qeyd edək ki, forumda 100 milyard rubl dəyərində müqavilələr imzalanıb ki, bunların heç birində Azərbaycan şirkətinin adı yoxdur.

Musavat.com

Həmçinin oxuyun

Fuad Qəhrəmanlının qızı: “Atam anamın barmaqlarını, mənim dizimi sındırıb…”

“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində …

Bir cavab yazın