Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Azərbaycan gömrüyü bizi necə utandırır – «Sınıq Körpü»də biabırçı mənzərə

Azərbaycan gömrüyü bizi necə utandırır – «Sınıq Körpü»də biabırçı mənzərə

«Azərbaycanın sərhəd-keçid məntəqələrində biabırçılıq davam edir. Gömrük normal işləmir. Bu barədə ölkə prezidentinə və Dövlət Gömrük Komitəsinə məktub yazmışam».

Bu sözlər Astara şəhər sakini Mirkazım Mirzəyevə məxsusdur. O, ötən il dekabrın 29-da tanışının Rusiyaya məxsus «Nissan» markalı minik maşınını etibarnamə ilə Azərbaycan ərazisindən keçməklə, Gürcüstandan İrana aparmaqdan ötrü «Sınıq Körpü» və «Sadıqlı» gömrük postlarında olub. O, «Sınıq Körpü» gömrük postunda gördüklərindən danışır: «Gürcüstan gömrük postunda sənədləşmələr 10-15 dəqiqə çəkdi. Burda heç bir maneə görmədik. Növbə də yox idi. Postu rahat keçdik. Azərbaycanın «Sınıq Körpü» gömrük postunda ilişib qaldıq».

Onun deməsinə görə, bütün sənədlər yerində olub: «12 saat burda gözləməli olduq. Gecəyə düşdük. Soyuq məni kəsirdi. Əvvəl dedilər ki, Gömrük Komitəsindən verilən göstərişə əsasən, avtomobil Rusiya nömrə nişanı ilə İran İslam Respublikasına gedə bilməz. Bu bəhanə alınmadıqda, maşını İnterpolunaxtardığını bildirdilər. Bu faktın da yalan olduğunu sübut edə bildim. Sonra dedilər ki, bayırda gözlə. Təxminən bir saatdan sonra mənə dedilər ki, vəkalətnamə saxtadır».

Mirkazım Mirzəyev gömrük əməkdaşlarının sadaladıqları məsələləri aydınlaşdırmaq məqsədilə hüquqşünasla əlaqə saxlamalı olub: «Vəkalətnamədə telefon nömrəsi var. Dedik ki, bu nömrəyə zəng edib həqiqəti öyrənə bilərsiniz. Məcbur olub bunun üstündən də keçdilər. Lakin növbəti bəhanə ilə üzləşdik. Növbəti bəhanələri bu oldu ki, avtomaşının Azərbaycan ərazisindən tranzit rejimdə keçməsindən ötrü depozit pul qoyulmalıdır. Yenə tanışlarıma zəng etdim, bu bəhanəni də onların nəzərinə çatdırdım. Gömrük Komitəsinin Qaynar xəttinə edilən zənglərdən sonra məlum oldu ki, tranzit maşınlar 72 saat ərzində ölkədən çıxmalıdır və bundan ötrü depozit qoyulması tələb olunmur».

Mirkazım Mirzəyevin dediyinə görə, minik maşını tanışınındır və ondan heç bir mənfəət güdmür. Sadəcə, tanışına kömək etmək istəyib.

Onun bildirməsinə görə, gömrük işçiləribütün məsələlərinin həll edilməsi əvəzində ondan «haqq» almaq istəyiblər. Bunu açıq dilə də gətiriblər. O, isə bundan imtina edib: «Sonra məni aparıb izahat yazdırdılar. İndiyə kimi bilmirəm ki, bu izahat nəyə görə idi. Məqsədlərinin alınmadığını görəndə, məni heç bir səbəb olmadan Gürcüstana geri qaytardılar. Hətta məni hədələyib bildirdilər ki, burdan kimi istəsək buraxarıq, kimi istəməsək buraxmarıq».

Mirkazım Mirzəyev deyir ki, Gürcüstan gömrüyündə geri qayıtmağın səbəbini soruşublar: «Mən onlara həqiqəti deməyə utandım. Axı Azərbaycan vətənimdir. Amma onlar məsələni başa düşmüşdülər. Mənə bildirdilər ki, sizin gömrükdə belə hallar olur, öyrəşmişik. Mənə məsləhət gördülər ki, «Sadıqlı» gömrük postuna gedim və oradan Azərbaycana keçim. «Sadıqlı» gömrük postunda sənədləri yoxlayarkən məlum oldu ki, maşınsənədləşdirilib. Bu gömrük postunda yol vergisini ikinci dəfə ödəməli oldum».

O deyir ki, prezidentə və Dövlət Gömrük Komitəsinə (DGK) ünvanladığı məktubunda günahkarların cəzalandırılmasını istəyib: «Biabırçılıqdır. Bu ölkənin vətəndaşı kimi xəcalət çəkirəm. Bizim gömrük – Gürcüstanı demirəm heç – İranın, Rusiyanın gömrük postları qədər işləmir. Özbaşınalıq çoxdur. Binalar yaxşıdır, müasir avadanlıqlar var, lakin xidmətin səviyyəsi insanı dəhşətə gətirir…».

dia.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın