Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Gündəm / Azərbaycan at ətindən nə qazanacaq?

Azərbaycan at ətindən nə qazanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən, 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub.

Qafqazinfo” xəbər verir ki, bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır.

Ölkədən at ətini ixrac etməyin mümkünlüyü barədə “Qafqazinfo”ya açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, bu, qeyri-ciddi məsələdir: “Azərbaycanda 70 min baş at var. Sağlam atın ətini isə xaricə göndərmək mümkün deyil. Çünki onun əti çox bahadır. Əgər kəsimə gedərsə, onun ətinin 1 kiloqramı təxminən 40-50 manata başa gələr. İndi nazirlik ixrac məsələsində çıxdaş olunmuş heyvanları nəzərə alır. Çıxdaş olunmuş heyvan isə, şikəst və qoca olur. 70 min heyvandan təxminən il ərzində 4000 heyvan çıxdaş ola bilər. Bu 4000 heyvanı biz rayonlar üzrə bölsək, təxminən bir rayonda 3 gündən bir bir çıxdaş heyvan ola bilər. Bu çıxdaş atları tapandan sonra onu harada kəsməyi müəyyənləşdirmək lazımdır. Bütün bu proseslər çox xərc tələb edir.

Çıxdaş atları isə uzun müddət bir yerə yığıb maşınla daşımaq mümkün olmaz. Çıxdaş olan at şikəstdirsə, normal qidalanmırsa, belə olan halda ətini itirər, həm də tələf olar”.

Ekspert əlavə edib ki, Azəbaycan atçılıq təsərrüfatı ilə məşğul olmur: “Məlum olan atçılıq təsərrüfatları isə kökəltmək üçün deyil. Bizdə olan atlar idman yarışları üçün nəzərdə tutulub. Onlar da çox bahalı atlardır. Həmin atlar nadir hallarda şikəst olur. Ona görə də at ətini ixrac edib ondan ölkəyə valyuta gələcəyini gözləmək qeyri-ciddi məsələdir. Moldovaya, Qazaxıstana ixrac etməyi planlaşdırırlar. Qazaxıstanın özünün çox böyük atçılıq təsərrüfatları var. Onlar özləri at əti istehlak etdikləri üçün kökəltmə ilə məşğuldurlar. Xüsusi yemlərlə həmin atları yetişdirirlər. Atlardan nəqliyyat vasitəsi kimi istifadə etmirlər.

Biz isə atları ancaq kökəltmək üçün istifadə etsək, bu, çox baha başa gələr. Məmurlar deyir ki, at ətinin kilosu 13-15 dollara satılacaq. Ancaq dəyərləndirməni bəri başdan etmək düzgün deyil. İstənilən halda at ətini şirkətlər qəbul edir. Müqavilə bağlanılacaq, keyfiyyət standartları tələb olunacaq, ondan sonra qiymət müəyyən olunacaq”.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın