Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Gündəm / Avtomobilini yandıran əlilin sürücülük vəsiqəsi yox imiş

Avtomobilini yandıran əlilin sürücülük vəsiqəsi yox imiş

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org-a açıqlamasında bildirib ki, Qax rayonunun Qazmalar kənd sakini Bəxtiyar Bayramovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili DYPB-nin rəisinə görə yandırması barədə səslənən iddialar əsassızdır.

Nazirlik rəsmisinin sözlərinə görə, cari il iyunun 20-də Bəxtiyar Bayramov etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2109” markalı 16-BA-253 dövlət qeydiyyat nişanlı avtomaşınla Qax şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədib və buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Toplanmış material tədbir görülməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 22 iyul 2016-cı il tarixli qərarı ilə B.Bayramov İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilib. Lakin rayon Məhkəməsinin eyni məsələ ilə bağlı 08.11.2016-cı il tarixli digər qərarı ilə vətəndaş B.Bayramov bu dəfə İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Orxan Mansurzadə əməkdaşımızla söhbətində vurğulayıb ki, məhkəmənin son qərarı 10.11.2016-cı il tarixdə Qax RPŞ-ə göndərilib. Həmin qərarın icrası zamanı vət.B.Bayramovun sürücülük vəsiqəsinin olmaması müəyyən edilib və inzibati cərimənin DİN-in BDYPİ-in MMX-serverində əvəzlənməsi mümkün olmayıb.

O ki qaldı B.Bayramovun özünə məxsus “Vaz 2109” markalı avtomobili yandırmasına, bu barədə FHN-in Qax rayon DYMH-dən daxil olmuş məlumat əsasında Qax RPŞ-də təhqiqat aparııb. B.Bayramov araşdırma zamanı nəqliyyat vasitəsini əsəbləşərək yandırdığını bildirib, maddi ziyanla bağlı və eyni zamanda polis əməkdaşlarından şikayət və tələbinin olmadığını göstərib.

DİN rəsmisi daha sonra deyib: “Burada diqqətçəkən və təəssüfləndirici bir məqam da ondan ibarətdir ki, “Vaz 2109”un sahibi tərəfindən yandırılmasını mobil telefonla çəkən və sosial şəbəkələrdə paylaşan Elvin Hüseynli adlı şəxs Qarabağ əlili olan, emosiyalara uyaraq əmlakını məhv edən, bu zaman nəinki öz həyatını, digər vətəndaşları da təhlükəyə atan sürücünü normalda öz fikrindən daşındırmalı, bu mümkün olmadıqda isə yanğının söndürülməsinə çalışmalıydı. Lakin göstərilənləri etməməyə bu şəxsi görünür ki, polisə olan qərəzi və obyektivlik hissini itirməsi səbəb olub. Çünki E.Hüseynli polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə cari il avqustun 12-də Qax rayon məhkəməsi tərəfindən 15 gün müddətinə inzibati qaydada həbs edilib. Məhz bu olaydan sonra E.Hüseynli radikal müxalifətin təsirində olan KİV-lərə polis barədə şantaj xarakterli daha çox videomateriallar ötürməyə başlayıb ki, son olaya da məhz həmin kontekstdə yanaşmaq lazımdır”.

*   *   *15:25

Qaxda yaşayan Bəxtiyar adlı Qarabağ müharibəsi əlili rayon DYP rəisi Ayaz Məmmədovun hərəkətlərinə etiraz əlaməti olaraq öz avtomobilini nümayişkaranə tərzdə yandırıb. Bu barədə blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanmış videoçarxda deyilir.

Şikayətçinin sözlərinə görə, o, dörd uşaq atasıdır və avtomobilində sərnişin daşımaqla onlara çörək pulu qazanıb. Bu ilin yayında düşdüyü kiçik yol qəzasılna görə Bəxtiyar 400 manat cərimə olunub.

Lakin sonradan hakim, ailənin acınacaqlı vəziyyətini nəzərə alaraq, cəriməni ictimai işlərlə əvəz edib. DYP rəisi Ayaz Məmmədov hakimin qərarını icra etməkdən imtina edib və taksi sürücüsündən 400 manat cəriməni ödəməsini tələb edib.

Nəhayət, sürücü öz avtomobilini yandırmaq qərarına gəlib. Bəxtiyar söz verib ki. yaxın 10 gündə problemi həll edilməsə, özünü də yandıracaq.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın