Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Gündəm / Avropa Oyunlarına gələn hər turist 2 min dollar xərcləyir – Ekspert

Avropa Oyunlarına gələn hər turist 2 min dollar xərcləyir – Ekspert

“1-ci Avropa Oyunlarının iqtisadi faydalılığı barədə verilən proqnozlar özünü doğruldur. Nəzərə alaq ki, yarışlarla bağlı aparılan qara PR kampaniyalarından biri də oyunların rentabelliyinin olmaması idi”. Bunu Modern.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, 1-ci Avropa Oyunlarının keçirildiyi 6 gün müddəti iqtisadi faydalılığın artdığını göstərir: “Ölkəyə gələn turistlərin sayında kəskin artım var. Etiraf etmək lazımdır ki, Azərbaycan eyni vaxtda bu qədər turist qəbul etməmişdi. Ölkəyə çoxlu sayda turistin gəlməsi Azərbaycan üçün yalnız turistlərin xidmət sektoruna sərmayəsi baxımından deyil, eyni zamanda xərcləmələr hesabına maliyyə stabilliyi baxımından da vacibdir. Çünki ölkəyə gələn turistlər özləri ilə xarici valyuta gətirib və onu ölkəmizdə manata çevirməkdədirlər. Bu da xarici valyutaya təklifin artmasına və manata tələbin çoxalmasına səbəb olur.  Nəticə isə Mərkəzi Bankın intervensiya xərclərinin azalmasına və dövlət rezervlərinə, xüsusilə xarici valyutaya qənaət edilməsinə gətirib çıxarır.

Beynəlxalq qiymətləndirmələrə görə, ölkəyə gələn hər bir turist 1000 – 2000 dollar vəsait xərcləyir. Bu da təbii ki, pul dövriyyəsində 200 min dollara yaxın vəsait edir”.

İqtisadçı bildirib ki, maliyyə stabilliyi Mərkəzi Bankın intervensiya xərclərinin azalması baxımından olduqca vacibdir: “Təbii ki, bu milli valyutanın stabilliyinə müsbət təsir göstərsə də, manatın məzənnəsinin kəskin möhkəmlənməsinə səbəb olmayacaq. Əslində məsələ manatın məzənnəsinin sözügedən daxilolmalar hesabına möhkəmləndirməkdən getmir. 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycana imkan verir ki, baş bank özünün təyin etdiyi koridor daxilində məzənnəni müəyyənləşdirə və möhkəmləndirə bilsin. Nəzərə alsaq ki, yarışlar başlanandan bu günə manatın məzənnəsində müəyyən möhkəmlənmələr müşahidə edilir. Bu da maliyyə stabilliyi və Mərkəzi Bankın intervensiya xərclərinin azalması və dövlət xərclərinə qənaət edilməsi baxımından kifayət qədər müsbət təsirlərə malikdir”.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın