Ana səhifə / Gündəm / “Avis”in direktorunun nəyə görə həbs edildiyi məlum oldu

“Avis”in direktorunun nəyə görə həbs edildiyi məlum oldu

“Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi məlum olub.

E.Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur.

*   *   *11:32

Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

“Report”un xəbərinə görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, dünən musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yaymışdı.

“Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 18 il ərzində şirkət Bakıda 8 aptek açıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın