Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / ATV-nin binasına bomba qoyduğunu deyən şəxs kimdir?

ATV-nin binasına bomba qoyduğunu deyən şəxs kimdir?

ATV-nin binasında bomba qoyduğunu deyən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Nadir Babayev ruhi xəstədir.

İttihama görə, o, ATV-nin binasına bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. ATV-nin binasında axtarış aparılıb və məlumat təsdiqini tapmayıb.

Nadir Babayev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək vardı qətimkan tədbiri seçilib.

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın