Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Gündəm / “Atamı həqiqəti dediyinə görə zəhərlədilər” – Rəşidə Rəşid bir çox mətləbə aydınlıq gətirdi…

“Atamı həqiqəti dediyinə görə zəhərlədilər” – Rəşidə Rəşid bir çox mətləbə aydınlıq gətirdi…

İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 30 ili tamam oldu.  Dünən Mahnı Teatrında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə konsert təşkil olunub.
Korifey sənətkarın qızı Rəşidə Rəşid atasının anım günü ilə bağlı öz ürək sözlərini bölüşüb. Moderator.az həmin mətnin tərcüməsini oxucularına təqdim edir: 

“Mənim əziz,əvəzsiz dostlarım! Mənim xeyirxahlarım! Ağıllılarım! Tərbiyyəlilərim! Xoş məramlı və yüksək intellekt sahibləri! Atam Rəşid Behbudovun, hər şeydən əvvəl böyük Rəşid Behbudovun şöhrətini, xatirəsini, izzətini böyük məhəbbətlə xatırladığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Ona görə ki, o, öz torpağına, bizim xalqa, bizim Azərbaycana məxsusdur. 
Bu gün acı  tarixi bir gündür… 30 il əvvəl şərəfsiz insanlar torpağımız, yurdumuz haqqında həqiqəti söylədiyinə görə onu zəhərlədilər, işgəncə verdilər. Qarabağın çiçəkli bağlarından danışan, Qorbaçovdan tutmuş, onun alçaq, qatil və oğru silahdaşları satqınları haqqında danışan  dilini kəsdilər… Biz istənilən dahi mirasımızı qorumalıyıq. Korifeyləri, dahiləri, bəstəkarları, rəssamları, heykəltəraşları, memarları, musiqiçiləri, orkestrantları, unikal istedadlı müəllimləri (əgər belələri hələ qalırsa?!). Biz güclü yaddaşa sahib olmalı və heç bir halda özümüzü dəyişməyərək musiqidə müvəqqəti təsadüfi insanlara köklənməməli, dilimizi və tariximizi qorumalıyıq!
Buna görə mədəniyyət və sənətin, memarlığın, şeir və nəsrin, rəqsin və şəhərsalmanın və çox-çox şeylərin inkişafı üçün ümummilli və aydın ardıcıllıqla bir proqramı olmalıdır. Biz İntibah dövründən çıxmışıq, dahilər getdivə mədəniyyət hər cür dəhşətli, yoluxucu infeksiyalara yoluxdu. Bizi televiziya kanalları vasitəsilə yedirtdilər, uşaqların gənc ağıllarını cinayətkarcasına formalaşdırırlar… Korifeylərə eşq olsun, hamısı Azərbaycan mədəniyyətinə lazımdır. Çünki bu dövrdə çoxəsirlik Azərbaycana layiq mədəniyyət qurmalıyıq. Yaltaqlıq, şər, paxıllıq, savasızlıq, istedadsızlıq yuxarı şkaladadır. Özünüz baxın və qoruyun.Xalqımızın istedadlı və görkəmli bəstəkarları tərəfindən yazılmış Azərbaycanın məşhur mahnılarının yolunu kəsməyin.
Uzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə,  Rauf Hacıyev, Səid Rüstəmov, Asəf Zeynallı, Qəmbər Hüseynli, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Ramiz Mirişli, Sərdar Fərəcov, Aydın Əzimov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov,  Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Ruhəngiz Qasımova, Emin Sabitoğlu , Vaqif Mustafazadə, Rafiq Babayev və bir çoxları. Budur bizim Luvr! Budur bizim Uffizi, Prado Muzeyi! Budur bizim Ermitaj! Bütün bu tarixi korifeylər dünya muzeylərini bəzəyir, parlaq heykəltaraşlar və rəssamları da bura əlavə etmək olar. Bu, bizim irsimiz və qürurumuzdur. 
Azərbaycan Bəstəkarlar İttifaqı Rəşid Behbudovu sevir və onu doğma, yaxın insan hesab edirdi! Hər bir bəstəkar böyük müğənni ilə birlikdə tarix və musiqi şedevrləri yaratdı. Və Azərbaycanın məşhur şairləri poeziya şedevrləri yazdılar. Müəllif mahnıları üçün, evdə yetişdirilmiş, təsadüfi saray şairlərinin üç badım-bir qozunu yox.
Bu, utancvericidir və təəssüf doğurur. Xalq nəyi dinləyir və milləti nəyə hazırlayır? İşıqlı zəkalar və istedadlar var, gələcək var. Ancaq onlar səhnəni, televiziya kanallarını, toyları, yasları, dəfnləri  vəba kimi basmış boş və təkəbbürlü təsadüfi insanları yarıb keçə bilmirlər. Saxta dəyərlər yoxdur, reallıq var. Bir çox valideynlər özlərinin unutqanlığını uşaqlarına da keçirir və onları şikəst edirlər. Təlxəklərin və təlxəkiyyələrin zamanıdır.  Özlərinin köçəri  azıxantrop mağara musiqisi ilə xalqı aldadanların zamanıdır.Afrika tammtamları daha yaxşıdır, nəinki ucuz sintizator ifası. Əfsus, Azərbaycanın mədəni irsinin təsisçiləri anadan olana kimi, folklor sərvətinin və Azərbaycanın müasir sənətinin və mədəniyyətinin layiqli davamçıları olana qədər bir əsrdən artıq vaxt gərəkdir. 
Özünüzü dəyişməyin. Sevginizi ürəyinizdə saxlayın və ümidsizliyə qapılmayın. Səhra küləyi tarixin quru qabıqlarını süpürüb aparır. Bu kədərli gündə atamın xatirəsini sizinlə yad etmək istədim. Özünüzü qoruyun və məni unutmayın, mümkünsə…”

Həmçinin oxuyun

Füzuli Ələkbərovun yenidən dirilişinin arxasında nə var?

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir. Beləki Füzuli Ələkbərov nazir olduğu …