Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Arzu Rəhimovun rüşvət üstündə həbs edilən işçisi yenidən görəvdə – ŞOK

Arzu Rəhimovun rüşvət üstündə həbs edilən işçisi yenidən görəvdə – ŞOK

SHXÇDX-nin Qobustan rayon şöbəsinin keçmiş rəis müavini Anar İsmayılova necə etimad göstərilib? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qobustan rayon şöbəsinin keçmiş rəis müavini Anar Süleyman oğlu İsmayılov Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsində xidmətə qəbul edilib. Bu barədə mənbə bildirir: «Bu ilk baxışdan normal görünsə də, əslində bu şəxsin kimliyi barədə kiçik bir araşdırma etsələr, onun çox da uzaq olmayan keçmişdə – iki il əvvəl hansı əməllərinə görə Silahlı Qüvvələrin sıralarından – daha doğrusu SHXÇDX-dən atıldığı bəlli olar. Belə ki, xatırlatmaq istəyirik ki, Anar İsmayılov SHXÇDX-nin Qobustan rayon şöbəsinin rəisi vəzifəsini icra edərkən külli miqdarda rüşvət alma əməllərinə görə Respublika Hərbi Prokurorluğu tərəfindən həbs edilib. Bir ildən artıq həbsdə yatan İsmayılov sonradan ölkəni tərk etməmək şərti ilə zaminə buraxılıb. Onun həbs edilməsinə səbəb olan əməlləri barədə internet resurslarında kifayət qədər geniş informasiyalar mövcuddur. Korrupsiya və digər əməllərinə görə həbs olunan bu “zabit” bir neçə ay əvvəl yenidən mundirini geyinərək bu dəfə Silahlı Qüvvələrin ən strateji bölmələrindən olan MN Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsində işə başlayıb. Rüşvət və korrupsiya əməllərinə görə bütün ölkədə tanınmış və həbsdə yatmış bu adamın Silahlı Qüvvələrin belə bir strateji idarəsində işə qəbulu Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əmriylə gerçəkləşib.

Idarədə xidmət etmiş şəxslərin sözlərinə görə, A. İsmayılov adıçəkilən strukturda korrupsiya əməllərinə görə SHXÇDX və keçmiş Hərbi Komissarlıq sistemindən qovulduqdan sonra işə qəbul edilmiş ilk şəxs deyil. Anar İsmayılovun bu vəzifəyə təyinat almasında onun atası, Beyləqan və Füzuli rayonlarında fəaliyyət göstərən iş adamı Süleyman İsmayılovun N. Sadıkovla dostluğu rol oynayır. Hələ oğlu həbs olunarkən S. İsmayılov SHXÇDX-nin rəisi Arzu Rəhimovun qəbulunda olarkən onu hədələdiyini rayonda məclislərdə dəfələrlə açıq şəkildə bəyan edib. Məlumat üçün bildirək ki, S. İsmayılovun adı 2004-2005-ci illərdə MTN-in Füzulidə keçirdiyi əməliyyatlarda da keçib. O zaman həbs olunan çoban Vaqif Cabbarovun (Güləbürdlü Vaqif) S. İsmayılovun mal-qara sürülərini ermənilərlə razılaşaraq işğal altındakı ərazilərdə otarması, bunun müqabilində cəbhə xəttində dayan erməni əsgərlərini S. İsmayılovun Daşburundakı çörək zavodu hesbaına təmin etməsinə dair məlumatlar mövcud olub. 2010-cu ildə sabiq müdafiə naziri Səfər Əbiyev S. İsmayılovu əsgərlər üçün hazırlanan çörəyin çəkisini azaltdığı və keyfiyyətsiz undan çörək istehsal etdiyi üçün 2-ci ordu korpusunun tenderlərində iştirakdan kənarlaşdırmışdı”. Qarşı tərəfi də dinləməyə hazırıq.(gundelik-bakı)

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın