Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Gündəm / “Arkoz”a qarşı sərt ittiham:  “Fəhlə Emin Naxçıvanı talaya-talaya çevrilib oldu Bəy Emin”

“Arkoz”a qarşı sərt ittiham:  “Fəhlə Emin Naxçıvanı talaya-talaya çevrilib oldu Bəy Emin”

Naxçıvanda “Arkoz” tikinti şirkətinin fəaliyyətini araşdıran “Tikilməkdə olan layihələrin İdarəolunması” MMC-nin sədri İsmayıl Əhmədov Ovqat.com-un redaksiyasına məktub göndərib.

Müxtəlif media qurumlarında şirkətləri barədə irəli sürülən iddialara cavab xarakteri daşıyan məktubda bir sıra ciddi ittihamlara yer verilib. 

Azinforum.az mətbuat qanunvericiliyinin tərəfsizlik prinsiplərinə sadiq qalaraq, məktubu olduğu kimi dərc edir:

“Heydər müəllim, bu “Arkoz” şirkəti niyə hər şeyi mətbuatla həll etməyə çalışır, anlamıram. Axı mətbuat qərarverici orqan deyil, Azərbaycan Respublikasının məhkəmə, prokurorluq orqanları var, niyə gedib bizi məhkəməyə vermirlər, ancaq mətubatla qarayaxma kampaniyası aparır, köhnə hakimiyyətin qalıqlarından dəstək almağa çalışırlar. Vaxtında onları çox yedizdiriblər deyə, yəqin düşünürlər ki, yenə elə olacaq. Bu yolla təzə hakimiyyəti gözdən salmağa çalışanlar başa düşsünlər ki, bu, heç vaxt baş verməyəcək, istədiklərinə nail ola bilməyəcəklər. Kimin kim olduğu tək bizə yox, bütün Naxçıvan əhlinə məlumdur. 

Hər kəs bilir ki, “Arkoz” camaatı qul kimi işlədib pularını verməyib. 3-5 özünə oxşar adamı toplayıb başına,  guya nəyəsə nail olmaq istəyir, onların da Naxçıvana nə qədər zərər verdiyi də hər kəsə məlumdur. Biri özünəməxsus məişət həyatı və korrupsiyası ilə məşhurdur, digəri isə həm yaltaqdır, həm də həmkarı kimi korrupsiyaya bulaşıb. Bununlarmı təzə hakimiyyəti gözdən salacaqlar?  Əksinə, onlar kimi pislər olmalıdır ki, yaxşıların qədri bilinsin. Naxçıvan camaatı çox ağıllı və savadlıdır, kimin kim olduğunu yaxşı bilir.

Bu gün bizim şirkət barədə iftiralar, yalanlar yayan həmin zümrə Naxçıvanda yığdığı puları başqa ölkəyə daşımaqla məşğul olub. Naxçıvanı məhz onlar talan ediblər, hətta oğulları barlarda, hamamlarda necə kef çəkib Naxçıvanın pulununu göyə sovurublar, bu barədə təkzibolunmaz sübutlarım var və hamısını ictimailəşdirəcəyəm.

Özlərinə yaxın media qurumlarında bir yazı dərc etdiriblər ki, guya Emin Uçar Naxçıvana investisiya qoyub. Halbuki, 2000-ci ildə Naxçıvanda fəhləliklə işə başlayan Emin Uçar Naxçıvana necə investisiya qoya bilərdi? Asəf, Məhərrəm, Elçin kimi adamlarla Naxçıvanın büdcəsini talan ediblər, adını da investisiya qoyurlar. 

Halbuki, tam tərsinə, yenə deyirəm, Naxçıvandan taladıqları pulları başqa ölkələrə yatırıblar. Sənədləşdirmələrdə ağıllarına gələn qiyməti yazıb biri yüz göstəriblər. Beləcə, sizin guya müdafiə etdiyiniz Naxçıvanı talayanlardan biri – fəhlə Emin çevrilib olub Emin bəy. 

Əslində isə pul-para insanı sadəcə zənginləşdirə bilər, onun əsl simasını gizlədə bilməz. Hami bilir ki, Emin elə həmin fəhlə Emindir.   Asəf Məmmədov da həmçinin. İstəyirsiniz, gəlin Naxçıvanda yaşayan 400000 adam arasında sorgu keçirin. Onlardan 5%-i Eminə və ya Asəfə yaxşı desə, mən sözlərimi geri götürəcəyəm. Deyəcəyəm ki, həqiqətən də onlar yaxşı adamdırlar. Əminəm ki, ədalətlə araşdırsanız, görərsiniz ki, sizin jurnalist həmkarlarınızın bəh-bəhlə müdafiə etdiyi həmin şəxslər Naxçıvanda hər gün min qarğışla yad edilən, söyülən insanlardır.

Novxanıda bağları, obyektləri, “3 karona”nın altında böyük marketi, həmin binada 5 evi, Həsənoglu 9 ünvanında 2 evi, Türkiyədə oteli, vilaları… Bütün bunları hardan qazanıb? Necə deyərlər, “kəklik başını soxar qara…” Gerisini demirəm, bu məsəli hamı bilir. 2008-2009-cu illərdə haralara yardım etdiyi də bəllidir. Kimlərsə düzlükdən danışanda gərək keçmişlərini yaddan çıxarmayalar.

Bu gunlərdə istədiyini ala bilməyən Emin Uçar ajiotaj yaradır ki, mən şirkət sahibiyəm, dövlət deyiləm. Həmin adamların mənə qarşı yeganə ittihamları budur. Öz qüsurlarını düzəltməkdənsə, məni ittiham etməsinlər. Kimin mənlə bağlı şikayəti varsa məhkəməyə müraciət edə bilər, TNS-ə yox.

Böyük hörmətlə, İsmayıl Əhmədov”

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …