Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Gündəm / Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…

Arif Alişanovun biznesmen qızları — Uşaq oyuncaqları monopoliyası…

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun qızı Aynur Alışanovanın adına yaratdığı şirkətləri ortaya çıxıb.

AZINFORUM.AZ bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətlər Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev127 ünvanında qeydiyyatdadır.

Aynur Alışanova bacısı Nigar ilə Alışanova ilə bərabər Hesablama Palatasında çalışıb. Onun adına bir neçə şirkət olduğuna görə sözügedən qurumdan çıxmalı olub.

Hazırda isə Aynur Alışanova uşaq oyuncaqları monopolisti kimi tanınır. Bacısı Nigar Alışanova isə dövlət qurumunda çalışmasına baxmayaraq, biznes fəaliyyəti ilə məşğuldur.

Alışanova bacıları hazırda Çindən və bir sıra ölkələrdə gətirdiyi oyuncaqların Bakıda satışı ilə məşğuldur.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətləri – “TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story” eyni ünvanda qeydiyyata alınıb.





Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …