Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / «Apple» «iPhone 6 Plus»u satışdan çıxarır – Şikayətlər var

«Apple» «iPhone 6 Plus»u satışdan çıxarır – Şikayətlər var

«Apple» şirkəti «iPhone 6 Plus» smartfonlarını satışdan çıxarır. Buna səbəb telefonların arxa kamerası ilə bağlı yaranmış nasazlıqdır.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb. Xəbərə görə, alıcıların əsas şikayəti bu telefonlarla çəkilən şəkillərin aydın olmamasıdır.
Şirkətdən bildiriblər ki, nasazlıq «iPhone 6 Plus»ların hamısında yox, bir hissəsində aşkarlanıb. Əgər müştəri öz telefonunda məlum qüsurun olub-olmadığını öyrənmək istəyirsə, «Apple»ın rəsmi saytındakı xüsusi səhifəyə daxil olub telefonunun seriya nömrəsini qeyd etməlidir. Şirkətdən söz veriblər ki, telefonlardakı qüsur onların hesabına aradan qaldırılacaq.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın