Ana səhifə / Gündəm / “AMAY Abdulla”nın bacısı oğlu məhkəmə qarşısına çıxacaq – Külli miqdarda dələduzluq ittihamı…

“AMAY Abdulla”nın bacısı oğlu məhkəmə qarşısına çıxacaq – Külli miqdarda dələduzluq ittihamı…

“Xudafərin” MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.
Azinforum.az  apa-ya istinadən xəbər verir ki, şirkətin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.
İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə aprelin 13-də baxılacaq.
Azinforum.az dəqiqləşdirib ki, cinayət məsuliyyətinə cəlb olunanlardan biri- Nicat Məmmədov “AMAY Abdulla” kimi tanınan iş adamının bacısı oğludur.
Azinforum.az

 

Həmçinin oxuyun

Abel Məhərrəmovun “usta”işi – hakim sabiq rektorun əleyhinə qətnaməni geri oxutdu

İyunun 9-da Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev belə nəticəyə gəlib ki, Bakı Dövlət Universitetinin …