Bazar , Oktyabr 20 2019
Ana səhifə / Gündəm / Ali məktəblərdə təhlükəsizlik təmin olunurmu? – ARAŞDIRMA

Ali məktəblərdə təhlükəsizlik təmin olunurmu? – ARAŞDIRMA

Qardaş Türkiyədə baş verən terror hadisələri heç şübhəsiz Azərbaycanda da bu kimi halların yaşana biləcəyinə dair sualların meydana çıxmasına səbəb olub. Hüquq-mühafizə orqanların fəal işlədiyini önə çəkərəkdən terror hadisələrin təkrarlanmayacağını söyləmək bir o qədər inandırıcı olmasa da 6 il öncə Azərbaycanda bu hal baş verib. Ən böyük Ali təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (Keşmiş ADNA) törədilən terror günahsız insanların ölümü ilə yadda qaldı. Bu hadisədən sonra təhsil ocaqlarının mühafizəsi məsələsi gündəmə gəldi. Ciddi tədbirlər görüldü. Bəs bugün… Bugün Ali Təhsil ocaqları hansı səviyyədə qorunur?
Adalet.az Ali Təhsil Ocaqlarında təşkil olunan mühafizə sistemi ilə bağlı araşdırma aparıb.
Araşdırmalar zamanı məlum olub ki, Ali Təhsil Ocaqlarında qoruma sistemi yüksək səviyyədə təşkil olunub. Bir çox Ali məktəblərdə tələbə bileti olmayanlar içəri buraxılmır. Tələbələrin məsələyə yanaşması isə fərqli oldu.
Bakı Dövlət Universitetində təhsil alan bir qrup tələbələrlə söhbətimiz zamanı bildirdilər ki, bir çox hallarda tələbə vəsiqəsi olamdığı halda onların Universitetə daxil olmasına icazə verilməyib. Adının çəkilməsini istməyən 4 –cü kurs tələbəsinin sözlərinə görə, əvvəlki illərə nisbətən mühafizənin təşkili gücləndirilib: “Burada Universitetə daxil olmaq istəyən tələbənin vəsiqəsi iki dəfə yolxanılır. Əvvəlcə məktəbin həyətinə giriş üçün böyük qapıda dayanan mühafizəçilər vəsiqəmizi yoxlayır, daha sonra isə Universitetin binasına giriş üçün bilet tələb edirlər. Danmaq olmaz ki, burada mühafizəyə ciddi yanaşırlar”. Lakin, Universitetin mühafizə işçiləri yuxarı kurs tələbələrini tanıdıqları üçün, bu bəzi hallarda vəsiqəmiz olmadığı halda köməyimizə çatır.
Bakı Dövlət Universitetininmətbuat katibi Pərvanə İbrahimova deyib ki, hazırda burada ciddi təhlükəsizlik sistemi var: “Tələbə biletləri yoxlanılır. Müəllim və digər işçilərin də vəsiqələrinə baxılır. Universitetdə fəaliyyət göstərməyən kənar şəxslər gələndə müvafiq qurumlarla əlaqə saxlandıqdan sonra içəri buraxılır”.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universitetinə üz tutduq. Sözü gedən məkanlarda da analoji hadisə ilə üzləşdik. Memarlıq və İnşaat Universitetinə girməyə cəhd göstərsək də qapıda dayanan iki mühafizəçi və Ali məktəbin baş mühafizəçisi bizi qarşıladı. Müəyyən bəhanələr ortaya qaymağımıza baxmayaraq içəri daxil olmağın mümkünsüzlüyünə şahid olduq.
AMİU-nin İnzibati işlər üzrə Prorektoru İsrafil Məmmədovla əlaqə saxladıq. Prorektor bildirdi ki, Universitetin təhlükəsizlik xidməti “Riyad” mühafizə şirkəti ilə müaqavilə əsasında təşkil olunub: “10 nəfər mühafizə heyətimiz varki, onlar Poçt mühafizəsi və işçilərin fəaliyyətinə nəzarətə cəlb olunub”.
Asim adlı tələbə Azərabycan Rəssamlıq Akademiyasında təhsi alıb. 2014-cü ldə məzun olan bu gənclə elə Ali məktəbin həyətində rastlaşdıq: “Hərbi xidmətdən yeni qayıtmışam, gəlmişdim ki, bəzi sənəd işlərimi qaydasına salım. Mühafizəçilər məni tanıdıqları üçün vəsiqəsiz buraxdılar, həm də bura gəlməyimin səbəbini bilirdilər. Biz təhsil aldığımız dövrdə mühafizə xidməti bəzi hallarda daha güclü rejimə keçirdi. Bu da tədbirlərlə bağlı məsələ idi. Yuxarı kursda oxuyanda mühafizəçilər bizi artıq tanıdıqları üçün bəzən heç bir vəsiqə təqdim etmədən də içəri daxil olurduq”.
Azərbaycan Rəssamlıq Akademiyasinın İnzibati təsərrüfat şöbəsindən məlumat verdilər ki, sözü gedən Ali mkətəbdə 8 mühafizəçi çalışır ki, onlar da əsasən girişlərə nəzərat edir.
Politexnik Univrersitetində də anloji vəziyyətlə rastlaşdıq. Belə ki mühafizəçilərlə xidməti yerində görüşdük. Lakin tələbələrin söylədikləri qonşu təhsil ocaqlarındakı kimi eynilik təşkil edirdi. Universitetin mətbuat xidmətindən bildirdilər ki, burada 10-dan artıq mühafizəçi işləyir və əsasən əsas və digər korpus binalarında tələbələrin giriş – çıxışına nəzarət edirlər. Ali məktəbdə Təhlükəsizlik xidməti 24 saat fəaliyyət göstərir.
Paytaxtda yerləşən digər Ali Təhsil Ocaqlarının mühafizə xidmətinin təşkili ilə bağlı məlumatları sizlərə təqdim edirik:
Tibb Universitetininmətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib ki, bu ali məktəb “Riyad” mühafizə xidməti ilə müqavilə bağlayıb. “Şirkətin mühafizə işçiləri universiteti qoruyur. 6 tədris binamız var. Onların hər birinin təhlükəsizliyi qorunur. Həmçinin, yataqxanalarımızda da mühafizə xidməti var. İçilər tələbələrə diqqətlə yanaşır. Yeni gələn tələbələrin siyahısı jurnala yazılıb. Onları adları ilə yoxladıqdan sonra yataqxanaya buraxırlar”.
O, qeyd edib ki, saat 14:00-a qədər inzibati binaya heç kim buraxılmır. “Tələbələr tələbə bileti, müəllimlərin isə vəsiqələri yoxlandıqdan sonra universitetə buraxılır”.
Azərbaycan Universitetindənverilən məlumata görə, təhsil müəssisəsi “Attack security” şirkəti ilə müqavilə imzalayıb. Şirkətin mühafizə xidməti universiteti qoruyur. “3 binanın hər üçündə mühafizə sistemi güclüdür. Yayda da təhlükəsizliyi qorunur. Mühafizə xidməti ilboyu 24 saat rejimində çalışır. 3 binada davamlı 6 mühafizəçi işdə olur. Müəllim və tələbələrin giriş üçün vəsiqəsi var. Onlarsız içəri daxil olmurlar”.
Qafqaz Universitetindənverilən məlumata görə, Abşeron rayonu mühafizə polisi ilə müqavilə imzalanıb. Ali məktəbin giriş və çıxış qapısındakı mühafizəçilər içəri daxil olan müəllim və tələbələri vəsiqəsiz buraxmırlar.
Azərbaycan Dillər Universitetininmətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, ali məktəbin hər üç binasında ciddi mühafizə sistemi fəaliyyət göstərir. Universiteti gücləndirilmiş mühafizə xidməti qoruyur.
Bakı Slavyan Universitetinin(BSU) mətbuat katibi rəhbəri Adil Əliyev BSU-da kifayət qədər ciddi mühafizə sisteminin qurulduğunu bildirib.
“Təhlükəsizlik xidməti 24 saat fəaliyyət göstərir. Univeristet “Riyad” mühafizə təşkilatı ilə müqavilə bağlayıb. Hər iki korpusun, hətta univesitetin məktəb-lisey kompileksinin də mühafizə postları var. Mühafizəni xüsusi hazırlıq keçmiş peşəkar mühafizəçilər yerinə yetrir”.

Həmçinin oxuyun

Əli Kərimli saxlanıldı

AXCP lideri Əli Kərimli evindən çıxandan dərhal sonra saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, xəbəri “Azadlıq” radiosu …

Bir cavab yazın